Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır

Azərbaycanda Tacikistan Mədəniyyəti Günləri başlanır

Azərbaycan ilə Tacikistan arasında əlaqələrin köklü tarixi var və iki ölkənin münasibətlərində mədəni əməkdaşlıq əhəmiyyətli mövqeyə malikdir. Müxtəlif illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, paytaxtlarımızda təşkil olunan kitab sərgilərində iştirak, eyni zamanda iki ölkənin yaradıcı kollektivlərinin səfərləri və s. mədəni əməkdaşlığın göstəriciləridir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, mayın 19-23-da Bakıda və Gəncədə keçiriləcək Tacikistan Mədəniyyəti Günləri ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına yeni töhfə olacaq.

Mayın 20-də saat 17:00-da mədəniyyət günləri çərçivəsində Nizami Kino Mərkəzində Tacik Kinosu Günlərinin açılış mərasimi olacaq. Mərasim zamanı "Rüstəm və Söhrab" filmi nümayiş etdiriləcək.

Həmin gün saat 18:00-da Heydər Əliyev Mərkəzində "Tacikistan rəssamlarının rəsm əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimləri" sərgisi açılacaq.

Axşam saat 19:00-da isə Heydər Əliyev Mərkəzində Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçiriləcək. Qonaq ölkənin incəsənət ustalarının qala-konserti təqdim olunacaq.

Mayın 21-də saat 16:00-da Nizami Kino Mərkəzində kinosevərlər "Şöhrətlənən Sarəzm" sənədli filmini izləyəcəklər.

Mayın 22-də saat 16:00-da Nizami Kino Mərkəzində "Tale" ("Fortuna") bədii filmi göstəriləcək.

Mədəniyyət günlərinin sonuncu günündə - mayın 23-də Nizami Kino Mərkəzində saat 16:00-da Tacik Kinosu Günlərinin bağlanışı olacaq. Kinosevərlər "Güzgü" bədii filmini izləmək imkanı əldə edəcəklər.

Həmin gün axşam 19:00-da isə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Tacikistanın incəsənət ustaları tərəfindən konsert proqramı təqdim olunacaq.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
510 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 16
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 25
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 3 saat əvvəl
  • 33
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 36
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 43
Azərbaycan və Qazaxıstan arasında ticarət sahəsində əməkdaşlıq imkanları genişlənir
Azərbaycan və Qazaxıstan bir sıra baytarlıq sertifikatları üzrə razılığa gəlib. Bu da...
  • 6 saat əvvəl
  • 50