Azərbaycanın ən yaşlı vətəndaşı - Sona nənə

Azərbaycanın ən yaşlı vətəndaşı - Sona nənə

Bu gün sosial şəbəkədə 123 yaşlı Sona nənə müzakirə mövzusuna çevrilib.

Bir qrup insan onun 123 yaşı olduğuna inanmır. Onun isə, həqiqətən də, 123 yaşı var. 1896-cı ildə dünyaya gələn Sona Səmədova Neftçala rayonunun Beşdəli kəndində yaşayır. Həyat yoldaşını erkən yaşlarda itirən Sona nənə dörd övladını tək-tənha böyüdüb, boya-başa çatdırıb.

Azərbaycanın ən yaşlı vətəndaşı - Sona nənə

Bu gün isə onun nə az-nə çox, 22 nəvəsi, 35 nəticəsi və 19 kötücəsi var.

Sosial mediada gündəm olan Sona Səmədovanın ailə üzvləri ilə söhbətləşmişik və həmin maraqlı xəbəri sizə təqdim edirik.

Azərbaycanın ən yaşlı vətəndaşı - Sona nənə

Nəticəsi Şahinə Səmədovanın verdiyi məlumata görə, Sona Səmədova ölkənin ən yaşlı sakinidir.

Onun sözlərinə görə, Sona xanım gənc yaşlarından öz sağlamlığının qeydinə qalıb:

“Kənd yerində yaşadığı üçün təsərrüfatla, fiziki işlə məşğul olub. Heç vaxt ciddi xəstəlik, səhhətində hər hansı problem yaşamayıb. Həmişə qidalanmasına diqqət edib. Hərdən elə bilirlər ki, biz onun yaşını böyüdürük, amma şəxsiyyət vəsiqəsində də onun doğum tarixi 1896-cı il olaraq qeyd edilib”.

Azərbaycanın ən yaşlı vətəndaşı - Sona nənə

Nəticəsi deyir ki, Sona nənə süd və süd məhsullarından çox istifadə edir:

“Hər gün tezdən mütləq şəkildə bir stəkan süd içməlidir. Uzun illərdir ki, öz orqanizmini bu cür öyrədib. Yağlı, duzlu qidaları sevmir. Yaşı ilə əlaqədar görməsində bir qədər problemlər yaşayırdı, əməliyyat olundu və hazırda yaxşıdır. Bir qədər əsəbləri gərgindir. Nəvə-nəticələri, kötücələri ilə vaxt keçirməyi xoşlayır. İstəyir ki, bütün sevdikləri yanında olsun”.

Azərbaycanın ən yaşlı vətəndaşı - Sona nənə

Sona nənə ailə üzvlərinin hamısını itirib:

“Onun ailə üzvlərindən heç kim qalmayıb, hamısı vəfat edib. Hərdən deyir ki, anası üçün çox darıxır. Ümumiyyətlə, nənəm anasına çox düşkün olub.

Anası hər zaman ona dəstək olub, yanında olub. Həyat yoldaşını erkən itirdiyi üçün çox çətinliklər çəkib. Onun anası da sağlam və uzun ömür yaşayıb. Övladları arasında 90 yaşına çatanlar var.

Onların ailəsini uzunömürlü adlandırmaq olar. Ətrafda yaşlı insanlar oturub, söhbət edənlərə qoşula bilmir. Özü-özünü tam idarə edə bilmədiyi üçün bəzən sıxılır. Amma digər məsələlərdə biz hər zaman onun yanındayıq”.

Azərbaycanın ən yaşlı vətəndaşı - Sona nənə

Azərbaycanın ən yaşlı vətəndaşı - Sona nənə

Xatırladaq ki, Sona Səmədova ilə bağlı ilk məlumatı Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” paylaşıb. Bank nümayəndələri ən yaşlı müştərisini ziyarət edərək qarşıdan gələn Ahıllar Günü münasibətilə təbrik edib.

oxu.az

Məqaləyə emosiya bildir:
emotion
3
emotion
0
emotion
7
emotion
12
emotion
0
emotion
0
emotion
0
Dostlarınla paylaş:
2 ay əvvəl
402 dəfə oxundu
Fikir yazmaq üçün ilk.az hesabınıza daxil olun.