Azərbaycanın Müstəqillik Günü Pakistanda qeyd olunub

Azərbaycanın Müstəqillik Günü Pakistanda qeyd olunub

Azərbaycanın Pakistandakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə İslamabad şəhərində rəsmi qəbul keçirib.

Səfirlikdən bildiriblər ki, tədbirdə hər iki ölkənin himni səsləndikdən sonra Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov 106-cı ildönümü qeyd olunan və müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi müstəqillik yolundan danışıb. Səfir Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində əldə etdiyi uğurlardan söz açıb, onun demokratik ənənələrin və milli dövlətçiliyin formalaşmasındakı mühüm rolunu vurğulayıb, ölkənin gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdığını deyib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa edib və öz suverenliyini Azərbaycanın xalqı və dövləti qarşısında böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyevin sayəsində qoruyub saxlaya bilib. Azərbaycan Ulu Öndərin siyasi varisi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda özünün inkişaf dövrünü yaşayır.

Ölkəmizin beynəlxalq aləmdə keçdiyi inkişaf prosesindən danışan Xəzər Fərhadov Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər bir çox mühüm qurumlara uğurla sədrlik etdiyini deyib. Bildirib ki, Azərbaycan bütün ölkələrin yekdil dəstəyi ilə COP29-a növbəti ev sahibliyi etmək hüququ qazanıb. Bu, Azərbaycanın iqlim dəyişikliyinin milli, regional və qlobal miqyasda həllində liderliyinin və səylərinin tanınmasını nümayiş etdirir.

Pakistan Baş nazirinin İqlim Dəyişikliyi və Ətraf Mühitin Koordinasiyası üzrə əlaqələndiricisi xanım Romina Xurşid Aləm Azərbaycan hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. O, iki ölkə arasındakı əlaqələrdən danışaraq bildirib ki, Pakistan müstəqilliyinin ilk günündən Azərbaycan ilə qardaşlıq əlaqələrini yüksək qiymətləndirir.

Ölkəsinin Azərbaycana həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi olaraq hərtərəfli dəstəyini davam etdirdiyini vurğulayan xanım Romina Xurşid Aləm, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bildirib.

Tədbir zamanı Azərbaycana aid videoçarxlar nümayiş etdirilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
488 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 11
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 22
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 24
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 35
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 5 saat əvvəl
  • 40
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 6 saat əvvəl
  • 46