Azərbaycanın Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Azərbaycanın Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Mayın 8-də Azərbaycan Hərb Tarixi Muzeyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr olunmuş “Tarix yaradan tarixin yaratdığı şəxsiyyət” adlı anım tədbiri keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin zabit heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadənin, muzeyin tədqiqatçı-baş elmi işçisi Vahid İsmayılovun məruzələri və anım tədbirində iştirak edəcək qonaqların çıxışları dinlənilib.

Qeyd olunub ki, ölkəmizin tərəqqisi naminə gördüyü böyük işlərə görə hər bir vətənsevər azərbaycanlının qəlbində möhtəşəm abidə ucaltmış Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 101 il ötür. Bugünkü müasir, qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı olan Ulu Öndər Heydər Əliyev qədirbilən insanlar, o cümlədən zabit, gizir və əsgərlər arasında da həmişə dərin hörmət və ehtiramla anılır.

Müasir Azərbaycan tarixinin təxminən son 40 ili böyük öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Lider həm keçmiş Sovetlər İttifaqı dövründə, həm də müstəqillik illərində ölkəmizin tərəqqisi üçün böyük işlər görüb.

Ümummilli Liderin rəhbərlik etdiyi 1993-2003-cü illərdə dövlətçiliyimizin möhkəm təməli qoyuldu. Azərbaycanın istər daxili, istərsə də, xarici siyasətlə bağlı strateji xətti müəyyənləşdirildi. O illərdə müstəqil Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul edildi, siyasi sistem möhkəmləndirildi və ölkəmizin uğurlu inkişafı üçün möhkəm zəmin yaradıldı. Mahiyyət etibarilə həmin illər ərzində görülmüş işlər ölkəmizin hazırkı uğurlu inkişafını müəyyənləşdirdi.

Bildirilib ki, dövlətimizin və müstəqilliyimizin qarantı olan Azərbaycan Silahlı Qüvvələri bu gün ən müasir silah və texnika ilə silahlanıb, yüksək təchizata malikdir, yüksək intizama və döyüş hazırlığına nail olmuş qüdrətli güc strukturudur. Böyük öndərin formalaşdırdığı və onun yaratdığı zəmin üzərində inkişaf etmiş Silahlı Qüvvələrimiz nəyə qadir olduğunu işğalçı Ermənistanın silahlı birləşmələrinə qarşı döyüşlərdə nümayiş etdirdi. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında düşməni ağır məğlubiyyətə uğradaraq kapitulyasiya aktına imzalamağa məcbur etdi. Bütün işğal altında olan ərazilərimiz Ermənistanın hərbi qüvvələrindən təmizləndi.

Tədbirin sonunda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub. Hərbi vətənpərvərlik musiqiləri səsləndirilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
266 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dayqa Mierina: Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır
Azərbaycan Latviyanın önəmli strateji tərəfdaşıdır və bundan məmnunuq.ILK.AZ Azərtac-a...
  • 47 dəq. əvvəl
  • 17
Akademik Şahin Mustafayev: Orhun Mübadilə Proqramı çərçivəsində problemlərdən biri maliyyələşdirilmə məsələsidir
Türkiyə Universitetlər Birliyinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu qurumun...
  • 2 saat əvvəl
  • 29
DİN: 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Mayın 18-də və 19-da ümumi çəkisi 9,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 169...
  • 4 saat əvvəl
  • 37
Qaradağ rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs edilib
Qaradağ Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən avtomobilində konstruksiya...
  • 5 saat əvvəl
  • 48
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC...
  • 6 saat əvvəl
  • 56
Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif...
  • 6 saat əvvəl
  • 52