Azərbaycanla Belarus arasında iqtisadi əlaqələr strateji tərəfdaşlıqda əsas rol oynayır

Azərbaycanla Belarus arasında iqtisadi əlaqələr strateji tərəfdaşlıqda əsas rol oynayır

Regional güc mərkəzi olan Azərbaycanın beynəlxalq aləmdə mövqeyi möhkəmlənir. Məhz bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürüdən dövlətə, Cənubi Qafqaz regionunda isə güclü aktora çevrilməsinin təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır. Belarusla Azərbaycan arasında münasibətlər tarixin sınaqlarından çıxmış və bu dövlət ən çətin anlarda ölkəmizin yanında olduğunu nümayiş etdirərək onun haqq-ədalət mübarizəsinə dəstək vermişdir. Sözsüz ki, bu güclü siyasətin təbliğində medianın da rolu danılmazdır.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, iki ölkə arasında səmimi dostluq münasibətləri hər sahədə olduğu kimi, media sahəsində də özünü aydın şəkildə göstərir. “Respublika” qəzeti də beynəlxalq səviyyəli media subyektləri ilə əməkdaşlığa böyük önəm verir. Bu baxımdan, Belarusun eyniadlı qəzeti ilə yüksək səviyyəli əməkdaşlıq platformasının qurulması, təcrübə mübadiləsi prosesin sürətlə inkişaf etdiyinin bariz göstəricisidir. Bundan sonrakı mərhələdə də iki mətbu orqan arasındakı əlaqələr, ölkələrin xarici siyasəti və dostluğu fonunda yüksələn xətlə davam edəcək. Belarus mətbuatı ilə sıx əməkdaşlıq edən "Respublika" qəzetinin baş redaktoru Hümbət Musayevin Belarusun "Respublika" qəzetində dərc olunan məqaləsi iki ölkə arasında geniş əlaqələrin nümunəsidir.

Məqalədə bildirilir ki, hər iki ölkənin prezidentləri - İlham Əliyev və Aleksandr Lukaşenko arasında şəxsi etimad və səmimi münasibətlər ikitərəfli əməkdaşlığın formalaşmasında əsas rol oynayır: "Yüksək səviyyəli səfərlər, çox sayda imzalanmış sazişlər və beynəlxalq platformalar çərçivəsində fəal qarşılıqlı fəaliyyət bu dostluğun dərinliyini və davamlı olduğunu aydın ifadə edir. Bu yaxınlarda Belarus Prezidentinin Azərbaycana dövlət səfəri iki ölkə arasında sıx və etibarlı münasibətlərin daha bir sübutudur. Bu, dövlətlərimizin sabit inkişafı və rifahına, onların beynəlxalq arenada mövqelərinin möhkəmlənməsinə və qarşılıqlı səmərəli layihələrin icrasına şərait yaradır".

Müəllif diqqətə çatdırır ki, iqtisadi əlaqələr iki dövlət arasında strateji tərəfdaşlığı xarakterizə edir: "Azərbaycan ilə Belarus arasında iqtisadi münasibətlər - ticarət, investisiya və sənaye əməkdaşlığı hər iki ölkənin iqtisadi artımına və inkişafına kömək edən əsas amillərdir. Birgə iqtisadi layihələr və təşəbbüslər təkcə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə deyil, həm də bütövlükdə regionun stabilləşməsinə və çiçəklənməsinə kömək edir".

Yazıda müstəqillik əldə etdikdən sonra iki ölkənin iqtisadi münasibətləri inkişaf etdirdiyi, 2000-ci illərin əvvəllərində bu əlaqələrə bir sıra qarşılıqlı faydalı sazişlər və layihələr sayəsində yeni təkan verildiyi barədə geniş məlumat da yer alır: "Belarus Respublikası Azərbaycan sənayesinin modernləşdirilməsində fəal iştirak edib, Azərbaycan isə Belarus üçün enerji və kənd təsərrüfatı sahəsində mühüm tərəfdaş olub. Bu gün ikitərəfli iqtisadi əlaqələr maşınqayırma, neft-kimya, nəqliyyat və logistika, kənd təsərrüfatı və innovativ texnologiyalar da daxil olmaqla geniş sahələri əhatə edir".

Müəllifin qənaətinə görə, neft-kimya sənayesi ölkələr arasında vacib əməkdaşlıq sahəsidir. Belarusun "NAFTAN" və "Mozır NEZ" kimi neft-kimya müəssisələrinin məhsullarının ixracı bu sahədə fəal qarşılıqlı fəaliyyəti təsdiq edir.

Məqalənin sonunda Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığın və iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi və genişləndirilməsi üçün ticarət dövriyyəsinin artırılmasına və ixrac-idxal əməliyyatlarının şaxələndirilməsinə zəmin yaradılmasının, yüksək texnologiyalar, əczaçılıq və aqrar sektor kimi sahələrdə əməkdaşlığın gücləndirilməsinin nəzərdə tutulduğu xüsusilə qeyd olunur.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
8 gün əvvəl
348 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Rusiya Prezidenti ilə KXDR liderinin görüşü başlayıb
İyunun 19-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) paytaxtı Pxenyanda ölkə lideri Kim...
  • 38 dəq. əvvəl
  • 9
ABŞ-də 500 min miqrant vətəndaşlıq ala bilər
ABŞ prezidenti yüz minlərlə qanunsuz miqranta vətəndaşlıq hüququ verməklə bağlı...
  • 1 saat əvvəl
  • 24
Çadın əsas silah anbarında şiddətli partlayış baş verib
Çad Respublikasının paytaxtı N'Djamena şəhəri yaxınlığındakı silah anbarında yanğın...
  • 1 saat əvvəl
  • 25
İsveç parlamenti ABŞ ilə müdafiə sazişini təsdiqləyib
İsveç parlamenti ABŞ ilə 2023-cü ildə imzalanan müdafiə sazişini təsdiqləyib.ILK.AZ...
  • 3 saat əvvəl
  • 35
İnsan orqanizmi kosmik uçuşdan sonra özünü tam bərpa edir
Sümük kütləsinin azalması, böyrək və ürəklə bağlı problemlər və s. Kosmik uçuş...
  • 4 saat əvvəl
  • 42
Partlamamış hərbi sursatlar yaşıl enerjiyə keçidi ləngidir
Birinci və İkinci dünya müharibələri zamanı su hövzələrinə böyük miqdarda mərmi,...
  • 5 saat əvvəl
  • 44