Azərbaycanla Kuba arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycanla Kuba arasında turizm sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev 6 iyun tarixində bu ölkənin turizm naziri Xuan Karlos Qarsia Qranda ilə görüşüb.

Səfirlikdən verilən məlumata görə, görüşdə Azərbaycanla Kuba arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub və turizm sahəsi də daxil olmaqla digər istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb. Söhbət əsnasında iki ölkə arasında turizm, hotelçilik və turizm obyektlərinin idarə olunması kimi sahələrdə əməkdaşlıq, bu sektorda çalışan mütəxəssislər, eyni zamanda ixtisaslaşmış ali təhsil ocaqları arasında mübadilələrinin həyata keçirilməsi imkanları müzakirə edilib.

Görüşdə həmçinin, Azərbaycan turizm agentliklərinin nümayəndələrinin bu yaxınlarda Kubaya baş tutmuş tanışlıq səfərləri məmnununla xatırlanaraq, bu cür mübadilələrin davam etdirilməsinin və hər iki ölkədə təşkil edilən beynəlxalq turizm sərgilərində iştirakın vacibliyi qeyd edilib.

Məlahət Nəcəfova

Vaşinqton

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
467 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 23 dəq. əvvəl
  • 8
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 19
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 27
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 3 saat əvvəl
  • 35
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 38
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 45