Azərbaycanlı gənclər Londonda mobil tətbiq qurub

Azərbaycanlı gənclər Londonda mobil tətbiq qurub

Azərbaycanlı gənclər Londonda xarici tələbələr üçün mobil tətbiq qurub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, tətbiqin təqdimat mərasimi Azərbaycanın Londondakı səfirliyində baş tutub. Tətbiqin 22 yaşlı həmtəsisçisi Mirkazım Seyidzadə qeyd edib ki, o, 7 ildir Londonda yaşayır və bu illər ərzində Azərbaycandan gələn tələbələrin Britaniyada müxtəlif çətinliklərlə qarşılaşdığının şahidi olub. O bildirib ki, tələbələrin ən çox ev tapmaq, buradakı yeni mühitə uyğunlaşmaq kimi problemləri olur: “Mobil tətbiq vasitəsilə azərbaycanlı və xarici tələbələr onların təhsil alacağı universitetdəki digər tələbələrlə əlaqə quracaqlar. Bundan başqa, kirayə ev tapmaq, hava limanından qarşılanma, ev təmizliyi, müxtəlif ölkələrə vizaların alınması kimi funksiyalardan da istifadə edə biləcəklər”.

Mobil tətbiqin proqramisti və digər həmtəsisçisi 20 yaşlı Sahib Zülfiqar isə deyib ki, tətbiqin yeni istifadə verilməsinə baxmayaraq, artıq 620 nəfər bu tətbiqi yükləyib: “Biz “tələb” sözündən yola çıxaraq, bu sözü ingilis dilinə uyğunlaşdırmağa çalışdıq. Buna görə də tətbiqi “Talab” adlandırmağa qərar verdik. Tətbiqin qurulması və tam dizaynı 9 ay çəkdi. İnanırıq ki, bu tətbiq bütün azərbaycanlı və xarici tələbələrin həyatını asanlaşdıracaq”.

Aytən Abbaslı

London

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
477 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 43 dəq. əvvəl
  • 13
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 20
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 28
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 36
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 39
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 46