Azərbaycanlı tələbələr Parisdə musiqi qrupu yaradıblar

Azərbaycanlı tələbələr Parisdə musiqi qrupu yaradıblar

Parisdə Alfred Korton adına “École Normale de Musique de Paris” musiqi məktəbinin iki azərbaycanlı tələbəsi klassik musiqini yenidən gündəmə gətirməyi qərara alıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Alfred Korton adına “École Normale de Musique de Paris” musiqi məktəbinin iki azərbaycanlı - tələbəsi Ağarəhim Quliyev (fleyta) və Eldəniz Ələkbərzadə (piano) klassik musiqilərə, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinə yeni nəfəs vermək məqsədi ilə “Duo Avey” adlı qrup və onun internet səhifəsini yaradıblar. Son iki ildə bəzi konsertlərdə birgə çıxış edən bu azərbaycanlı gənclər klassik musiqini, xüsusilə də unudulmuş musiqiləri yenidən gündəliyə gətirmək üçün birgə fəaliyyət göstərməyi qərara alıblar. Onların repertuarında Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Tofiq Quliyev kimi bəstəkarlarımızın əsərləri də yer alacaq. Bu gənc musiqiçilərin məqsədi həmçinin, Azərbaycan bəstəkarlarının zəngin irsini geniş musiqi sevərlər auditoriyasına tanıtmaqdır.

"Duo Avey" qrupu yalnız musiqinin texniki icrasına deyil, həm də səslənməsinə xüsusi diqqət yetirir. İfası vasitəsilə dinləyicilərlə dərin emosional əlaqə yaratmağa çalışan qrup üzvləri hər bir musiqinin dərinliyini və gözəlliyini musiqisevərlərlə bölüşmək istəyirlər.

Ağarəhim Quliyev (fleyta) və Eldəniz Ələkbərzadə (piano) birlikdə dinləyiciləri klassik və Azərbaycan musiqisinin kəşf edilməmiş sahələrini araşdırmağı, unudulmuş şah əsərlərə yeni nəfəs verməyi, klassik musiqi dünyasının mədəni strukturunu yeni ifaları ilə daha da zənginləşdirməyi qarşılarına məqsəd qoyublar.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
438 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 2 dəq. əvvəl
  • 2
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 18 dəq. əvvəl
  • 4
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 13
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 24
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 26
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 37