Bacı-qardaşını qısqanan uşaqla necə davranmaq lazımdır?

Qısqanclıq həyatın bütün mərhələlərində görülür. Ancaq bu, uşaqlarda özünü da açıq formada biruzə verir. Bu qısqanclıq hissi ilə mübarizə aparmaq əvəzinə, uşağa qısqanclıq hissinin məqbul olduğunu və bununla necə davranılacağını öyrətmək olar. Əvvəlcə qısqanclıq yaşayan və bu vəziyyət üçün həll yolları axtaran uşaqların narahatlıqlarını araşdıraq.

Qardaş-bacısını qısqanan uşağın narahatlıqları

Qardaş-bacısını qısqanan uşağın narahatlıqları

Bacı-qardaş qısqanclığı hər uşaqda eyni nisbətdə görülməyə bilər. Uşaqlar arasındakı yaş fərqinin az olduğu dövrlərdə rast gəlinir. Valideynlərin münasibətləri, cinsiyyət, yaş faktoru problemlərin ölçülərini müəyyənləşdirir. Uşaqlar kiçik bacı-qardaşlarına göstərilən maraqdan və artıq heç kimin onlara əhəmiyyət vermədiyini hiss etdiklərindən qısqanc olurlar. Bu uşaqların ən böyük narahatlığı artıq heç kim tərəfindən sevilməmələri ilə bağlıdır.

Qısqanc uşaqlar necə davranışlar sərgiləyirlər?

Qısqanc uşaqlar necə davranışlar sərgiləyirlər

Anadan uzaqlaşmağa və ya arzuolunmaz şeylərə meyl edə bilərlər.

Psixoloji problemlərlə qarşılaşa bilərlər; qəfil hərəkətlər, özünə qapanma və ya əsəbilik duyğuları özünü göstərər.

Qardaş-bacısının etdiklərini təkrarlayar: yatağı islatma, əmzik əmmək kimi vərdişlər. Məktəbə getməmək istəyər, özünü kiçik bacı və ya qardaşı kimi aparar.

Valideynlər nə etməlidirlər?

Valideynlər nə etməlidirlər?

Valideynlər uşaqlarına nə qədər bərabər yanaşsalar, uşaqlar arasında bu münaqişə o qədər az olur. Uşaqlarla yaşlarına uyğun olaraq ünsiyyət qurulmalı və bir-birlərinə zərər verəcək davranışlardan yayındırılmalıdır. Valideynlər ortaya çıxan münaqişələrə nə qədər çox müdaxilə etsələr, uşaqların problemin öhdəsindən gəlmək bacarıqlarının inkişafına o qədər çox mane olurlar.

Fiziki zərər vermədikləri və bir-birlərinin hüquqlarından sui-istifadə etmədikləri müddətdə, valideynlər müdaxilə etməməli və haqsız və haqlı arasında fərq qoymamalıdırlar.

Övladlarınıza ev vəzifələri verin və bunun üçün onları tərifləyin.

Bir övladınızın əşyalarını iznsiz digər övladınıza verməyin.

Valideynlərin üzərinə böyük yük düşür. Məsələn, ana uşağını əmizdirərkən, ata böyük uşağa baxmalı və çatışmazlıqlarını aradan qaldırmalıdır.

Məqaləyə emosiya bildir:
3 il əvvəl
4280 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Ayan (3 il əvvəl)
Mənim bacım məndən bir yaş altı ay böyükdü mən onu qısqanmıram mənən balca bacım və ya qardaşım yoxdu oba görə qısqanmağa adam yoxdu
Oxşar yazılar
Dünyanın ən soyuq 8 ölkəsi
Dünyada sərt iqlimi ilə məşhur olan ölkələri araşdırmışıq. Bu ölkələrdə sağ...
  • 6 ay əvvəl
  • 1439
Ölkə adlarının mənaları və hekayələri
Hər ölkənin adının öz mənası və hekayəsi var. “Hansı ad hansı ölkəyə aiddir?”,...
  • 8 ay əvvəl
  • 1829
Yağış yalnız Yer planetinə yağır?
Yenə çoxlarını maraqlandıran bir sualla qarşınızdayıq. Yağış yalnız Yerə...
  • 9 ay əvvəl
  • 2003
Bir növ futbolçu fabriki olan ölkələr
Futbol bütün dünyada milyardlarla insan tərəfindən sevilən və baxılan idman növüdür....
  • 10 ay əvvəl
  • 1346
Hz. Məhəmmədin həyatı | Məkkə və Mədinə dövrünün hadisələri
Məkkə və Mədinə illəri peyğəmbər əfəndimizin həyatında böyük əhəmiyyət kəsb...
  • 1 il əvvəl
  • 2398
Dünyanın ən hündür binaları
Dünya çoxmu kiçikdir? Təəssüf ki, bəzi insanların xəsislikdə sərhəd tanımadıqlarına...
  • 1 il əvvəl
  • 4804