Bağışlamaq haqqında sözlər
Bağışlamaqla bağlı ən gözəl və mənalı sözləri təqdim edirik.
Bağışla və unut. - Alman atalar sözü
Anlamaq bağışlamaq deməkdir. - Stael
Bağışlamaq intiqamdan daha böyükdür.
Bağışlamaqdan daha ilahi bir şey yoxdur.
Bağışlamaq ən nəcib qisasdır. - Saqopa Kajmer
Bəzən bağışlamaq da bir cəzadır. - Əli Suad
Zalımları bağışlamaq məzlumlara zülmdür. – Əl Sədi
Həyat qorxaqları bağışlamaz. - Ernesto Çe Gevara
İnsan sevdiyi müddətcə bağışlayar. - La Rochefoucauld
Bağışlamaq ədalətin sütunudur.
Bağışlamaq yaxşı insanların intiqamıdır. - V For Vendetta
Bağışlamaq sağalmanın yeganə yoludur. - Don Migel Ruiz
Düşmənimi bağışlasam, düşmən deyə bir şey qalmaz. - Alain
Başqalarını tez-tez bağışlayın, amma özünüzü əsla. Publius Syrus
İnsan dostunu düşmənindən daha çətin bağışlayar. - Irvin D. Yalom
Bir günahsızı cəzalandırmaqdansa, on cinayətkarı bağışlamaq daha yaxşıdır!
Günahkardan qisas almaq ədalət, onu bağışlamaqsa fəzilətdir. Molla Cami
Nə qədər çox insan tanısam, bir o qədər çox insanı bağışlayıram. - Konfutsi
Bağışlamaq keçmişi dəyişdirmir, amma gələcəyə yol açır. - Paul Boese
Üç şeydən yorulmuşam: ağlamaqdan, bağışlamaqdan və xəyal etməkdən. - Ceyhun Yılmaz
Bir-birimizi bağışlamaqdan əvvəl bir-birimizi başa düşməliyik. Emma Qoldman
Düşmənlərinizi bağışlayın, heç bir şey onları bu qədər narahat etməz. - Oskar Uayld
Kişilər unudar, amma heç vaxt bağışlamazlar; qadınlar bağışlayar, amma heç vaxt unutmazlar. - Robert Cordan
Kim bağışlasa, Allah da onu bağışlayar. Kim qəzəbini udsa, Allah onun mükafatını verər. - Hədis-i Şərif
Bağışlamaq özümə verdiyim ən böyük hədiyyəmdir, mən bağışlayıram və özümü azad edirəm. - Louise L. Hay
Bəzən başqalarını bağışlamaq kifayət etmir. Bəzən insan özünü bağışlamağı bacarmalıdır. - Ataol Behramoğlu
Başqalarını bağışlamaq ruhi rahatlıq və sağlamlıq üçün vacibdir. Sağlam və xoşbəxt olmaq istəyirsənsə, səni incidən hər kəsi bağışlamalısan. - Cozef Mörfi
Dostlarınla paylaş:
11033 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (7)
anlamı çoook büyükdür teşekürler
Məne hakszlıq edənleri heç bir zaman bağşlamycam.
Heyf ki her wey heyatda bawqadlr
Birdefe eden ikinci defe de oeder
Sevgi var
Özüm yazıram içimdən (Ayrıldım səbəbkarı isə anamdır onu mənən ayırdığına görə onu heç vaxt bağışlamayacam!
Ölmüş qardaşa aid tesiri söz axtariram ançaq tapa bilmirem