Bakı Ali Neft Məktəbinin tələbəsi dünyanın nüfuzlu forumlarında iştirak edib

Bakı Ali Neft Məktəbinin tələbəsi dünyanın nüfuzlu forumlarında iştirak edib

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Aqşin Yusifzadə dünyanın nüfuzlu forumlarında iştirak edib. Dünya İqtisadi Forumu və İslam İnkişaf Bankının konfransına qatılan Aqşin Yusifzadə bir müddət əvvəl Səudiyyə Ərəbistanının Kral Abdullah Elm və Texnologiya Universitetində (KAUST) yerləşən “Aramco Araşdırma Mərkəzi”nin təcrübə proqramının qalibi olub.

BANM-dən bildirilib ki, Aqşin Yusifzadə Azərbaycandan bu proqramı qazanan yeganə tələbədir. O, üç ay müddətinə Qabaqcıl membranlar və məsaməli materiallar bölməsinə tədqiqat üzrə köməkçi qismində qəbul edilib. Aqşin Yusifzadə Dünya İqtisadi Forumunda Malayziyanın Baş naziri Ənvər İbrahim, Səudiyyə Ərəbistanı Kral ailəsinin nümayəndələri, Fələstinin Baş naziri Məhəmməd Mustafa və Böyük Britaniyanın şahzadəsi Beatris ilə görüşüb. İslam İnkişaf Bankının konfransı çərçivəsində isə BANM-in tələbəsi Maldiv adalarının maliyyə naziri Məhəmməd Şəfəq ilə, Malayziyanın Likvidlik şirkətinin rəhbərliyi ilə görüşüb.

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayev Bakı Ali Neft Məktəbinin tələbəsi Aqşin Yusifzadəni bu beynəlxalq tədbirlərdə iştirakına görə təbrik edib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
508 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 19 dəq. əvvəl
  • 7
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 35 dəq. əvvəl
  • 8
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 14
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 25
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 27
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 38