Bakı Dövlət Universitetinin professorları Polis Akademiyasında mühazirə oxuyublar

Bakı Dövlət Universitetinin professorları Polis Akademiyasında mühazirə oxuyublar

Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliği, nəzəri biliklərin möhkəmləndirilməsi və təcrübədə tətbiq olunması bacarığının inkişaf etdirilməsi üçün elm adamları, hüquqşünaslar və təcrübəli mütəxəssislərin iştirakı ilə silsilə mühazirə dərsləri keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 3-dən 6-dək Akademiyada müxtəlif fənlər üzrə keçirilən mühazirə dərslərində iştirak edən Bakı Dövlət Universitetinin kafedra müdirləri, hüquq elmləri doktoru, professorlar Şəhla Səmədova və Firuzə Abbasova “İbtidai araşdırmanın ümumi şərtləri və təqsirləndirilən şəxs qismində cəlb etmə” və Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru Midhət Qəfərov “Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası” mövzusunda mühazirə oxuyublar.

Mövzulara əsasən kursantlara korrupsiya cinayətləri ilə bağlı tövsiflə əlaqədar yaranan problemlər və onların həlli yolları, ibtidai araşdırmanın ümumi şərtləri və məqsədi, hökm və ya məhkəmənin digər yekun qərarının icrası mərhələsinin anlayışı, əhəmiyyəti və icraya yönəldilməsi qaydası, cəzaların icrası ilə bağlı müraciətlərə baxılması və həlli üzrə icraat, hökmün icrası prosesində ortaya çıxan prosessual məsələlərin həll edilməsi üçün məhkəmə icraatının xüsusiyyətləri və həddinə dair ətraflı məlumatlar verilib.

Kursantlar mühazirə dərslərini maraqla dinləyiblər. Onları maraqlandıran suallar cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
8 gün əvvəl
483 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ticarət həcminin 30 milyard dollara çatdırılması nəzərdə tutulur
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Farhan Əl-Səud...
  • 32 dəq. əvvəl
  • 11
Türkiyədə xaricə qaçmağa cəhd edən 10 FETÖ üzvü saxlanılıb
Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu ərazisinin Alaçatı körfəzində həyata...
  • 1 saat əvvəl
  • 22
Media: Trampa sui-qəsddə şübhəli bilinən şəxsin avtomobilində partlayıcı qurğu aşkarlanıb
ABŞ hüquq-mühafizə orqanları Ağ evin keçmiş rəhbəri Donald Trampa sui-qəsddə şübhəli...
  • 1 saat əvvəl
  • 24
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü qeyd edilib
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü münasibətilə Sumqayıt...
  • 3 saat əvvəl
  • 33
Belarusda qeyri-sabit hava şəraiti nəticəsində ölənlər var
Belarusda pis hava şəraiti nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.AZƏRTAC...
  • 4 saat əvvəl
  • 40
Yaşar Güler: Türkiyə Silahlı Qüvvələri Kiprdə sülh və sabitliyin təminatçısıdır
Türkiyə Silahlı Qüvvələri Kiprdə həm türk, həm də yunan xalqları üçün sülhün və...
  • 5 saat əvvəl
  • 54