Bakı Enerji Həftəsi çərçivəsində “Orta Dəhliz: perspektivlər və çağırışlar” mövzusunda panel keçirilib

Bakı Enerji Həftəsi çərçivəsində “Orta Dəhliz: perspektivlər və çağırışlar” mövzusunda panel keçirilib

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyu bütün nəqliyyat infrastrukturunun potensialı biri-birinə uyğunlaşdırılmalıdır.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin departament müdiri Xudayar Həsənli Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan “Orta Dəhliz: perspektivlər və çağırışlar” panelində deyib.

X.Həsənli qeyd edib ki, Bakı Limanının gücü artırıldığı zaman digər infrastrukturların potensialı aşağı olsa, bu heç də səmərəli olmayacaq: "Baş verən geosiyasi vəziyyətlə də əlaqədar Orta Dəhliz boyu yüklərin həcmində artım oldu. Bu zaman ortaya bir sıra problemlər çıxdı. Yüklərin vaxtında daşınması və koordinasiya ilə bağlı problemlərlə üzləşdik. Lakin bu istiqamətdə ciddi işlər həyata keçirildi. Sadaladığım problemlər aradan qaldırıldı və bunun nəticəsi olaraq ilin əvvəlindən Çindən blok qatarların qəbulu və yola salınması uğurla həyata keçirildi", - deyə X.Həsənli əlavə edib.

"Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının Baş katibi Qaydar Abdikerimov qeyd edib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Azərbaycan, Qazaxıstan, Xəzər dənizi, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir. 2023-cü ildə bu marşrutla 2,7 milyon tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il üçün perspektiv plan təxminən 4 milyon tondur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev bildirib ki, Orta dəhliz uzaq Çini Şərqi Avropaya birləşdirən ən qısa, etibarlı, səmərəli nəqliyyat layihəsidir. Orta dəhlizin potensialının reallaşdırılması üçün çox ciddi layihələr həyata keçirilib.

O bildirib ki, Orta dəhliz dünya ictimaiyyətinin diqqətindədir, orta və uzunmüddətli dövrdə bu dəhlizlə daşımaların 11 milyon tona, sonra isə 30 milyon tona çatacağı planlaşdırılır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Kommersiya departamentinin müdiri Məmməd Həmidov qeyd edib ki, bu ilin yanvar-may aylarında Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz çox olub.

“O cümlədən, dəmir yolu ilə daxili yükdaşımalarda 6 faiz artım olub. Bu, görülən mühüm işlərin nəticəsidir. Həmin işlərə misal olaraq genişləndirilməsi bu yaxınlarda tamamlanmış Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini göstərmək olar. Mayın 20-də bu yolla yüklərin daşınmasına start verilib və ilk yük qatarı yola salınıb”, – deyə M.Həmidov qeyd edib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
377 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Avro-2024: İngiltərə Serbiyanı minimal hesabla məğlub edib
Almaniyada keçirilən futbol üzrə XVII Avropa çempionatının C qrupunda ilk tura yekun...
  • 14 dəq. əvvəl
  • 4
MDU-da “Azərbaycanın COP29-a sədirliyi qlobal şimal və cənub arasında körpüdür” mövzusunda dəyirmi masa keçirilib
Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının...
  • 32 dəq. əvvəl
  • 9
"Nero" rəqs studiyasının hesabat konserti keçirilib
İyunun 16-da Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyasında...
  • 1 saat əvvəl
  • 30
Avro-2024: Danimarka qələbə hesabını qoruya bilməyib
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.ILK.AZ...
  • 3 saat əvvəl
  • 35
Azərbaycan Paris Olimpiadasına növbəti lisenziyanı qazanıb
Azərbaycan "Paris - 2024" Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.ILK.AZ Azərtac-a...
  • 3 saat əvvəl
  • 36
"Sabah"ın yay hazırlıq planı bəlli olub
“Sabah” komandasının yay hazırlıq planı bəlli olub.Klubdan verilən məlumata görə,...
  • 4 saat əvvəl
  • 39