Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edəcək

Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak edəcək

Otuz yeddi ölkədən 300-dək şirkət Bakı Enerji Həftəsində iştirak edəcəyini təsdiqləyib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri “Iteca Caspian” şirkətinin layihə meneceri Nailə Əliyeva Bakı Enerji Həftəsinə həsr edilən mətbuat konfransında deyib.

“İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilk dəfədir ki, tədbirə qatılırlar. Builki sərginin tərkibi iştirakçıların ümumi sayının 15 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən xarici iştirakçılardır”, - deyə o bildirib.

Qeyd edək ki, “Bakı Enerji Həftəsi” iyunun 4-dən 6-dək keçiriləcək. Xəzər regionunda neft-qaz sahəsi və enerji sektorunun ən mötəbər tədbiri olan Bakı Enerji Həftəsi 29-cu Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi, 12-ci Xəzər Beynəlxalq “Energetika və Yaşıl Enerji” sərgisi və Xəzər Neft və Qaz Konfransının xələfi olan 29-cu Bakı Enerji Forumunu bir araya gətirir. Hər il keçirilən “Caspian Oil & Gas” sərgilərində neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssisləri iştirak edirlər. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri yer alır.

Tədbirlər Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR-ın rəsmi dəstəyi ilə “Iteca Caspian” və “Caspian Event Organisers”, həmçinin beynəlxalq tərəfdaşları tərəfindən təşkil olunur.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
477 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 43 dəq. əvvəl
  • 9
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 1 saat əvvəl
  • 21
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 23
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 3 saat əvvəl
  • 34
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 4 saat əvvəl
  • 39
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 5 saat əvvəl
  • 45