Bakı İlahiyyat Kollecinin loqosunun müəyyən edilməsi üçün müsabiqə elan olunur

Bakı İlahiyyat Kollecinin loqosunun müəyyən edilməsi üçün müsabiqə elan olunur

Dini fəaliyyətin təşkili sahəsində ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2023-cü il 8 dekabr tarixli müvafiq qərarı ilə “Azərbaycan İlahiyyat İnstitutu” publik hüquqi şəxsin yanında yaradılmış “Bakı İlahiyyat Kolleci” publik hüquqi şəxsin loqosunun müəyyən edilməsi üçün müsabiqə elan olunur.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Müsabiqənin şərtləri:

1. Müsabiqədə hər bir Azərbaycan vətəndaşı iştirak edə bilər;

2. Loqo müasir və beynəlxalq imicə sahib olmalı, kollecin dünyəvi elm mərkəzi olduğu burada öz əksini tapmalıdır. Bununla yanaşı, loqoda dövlətçilik, milli kimlik, həmrəylik kimi məqamlar, eyni zamanda, multikulturalizm və tolerantlıq dəyərlərini əks etdirən elementlər yer ala bilər.

3. Loqotip dizaynının məntiqi izahı, forması, ölçüsü, rəngi, hərf seçimi və s. ilə bağlı əlavə məlumatlar da təqdim edilməlidir;

4. Loqo elektron formada (pdf, cdr, eps, ai) [email protected] e-mail ünvanına göndərilməlidir;

5. Müsabiqədə yalnız indiyə qədər istifadə olunmayan və hər hansı digər loqotiplərin elementlərini təkrarlamayan nümunələr iştirak edə bilər. Loqo nümunələri müvafiq komissiya tərəfindən qiymətləndirildikdən sonra qalib elan ediləcək;

6. Müsabiqənin qalibinə 500 AZN pul mükafatı təqdim olunacaq;

7. Loqo nümunələrini 2024-cü il iyunun 20-si saat 18:00-dək təqdim etmək olar.

8. Müsabiqənin qalibi iyunun 24-də elan olunacaq.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
499 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 9 dəq. əvvəl
  • 5
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 25 dəq. əvvəl
  • 7
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 14
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 25
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 27
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 38