Bakıda I Milli Rəqabət Forumu keçirilib

Bakıda I Milli Rəqabət Forumu keçirilib

İyulun 11-də İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə Bakıda I Milli Rəqabət Forumu keçirilib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Milli Rəqabət Forumunun məqsədinin bu il və növbəti illərdə günün ən mühüm yerli və qlobal çağırışlarının və səmimi dialoq platformasının yaradılmasından ibarət olduğunu deyib. Bildirib ki, iqtisadiyyat baxımından rəqabət orqanının əsas məqsədlərindən biri qəbul olunmuş rəqabət qanunvericiliyinin tam mənimsənilməsidir. Rəqabətin əsas daşıyıcı qüvvəsi onun verəcəyi nəticədir ki, bu da dayanıqlı inkişafın təmin olunması ilə əlaqədardır. Forum ölkə daxilində geniş auditoriya ilə aktual problemləri müzakirə etmək üçün unikal imkan yaradır. Gələcəkdə bu forum ölkəmizdə rəqabət siyasətinin inkişafı, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və təbii ki, davamlı iqtisadi inkişaf məsələlərinin müzakirəsi platformasına çevriləcək. “Keçən il satınalma prosesinin şəffaflaşdırılması və təkmilləşdirilməsi nəticəsində ölkəmiz 742 milyon manat dövlət vəsaitinə qənaət edib. Ümid edirəm ki, cari il satınalmalar prosesinin tamamilə rəqəmsallaşdırılması nəticəsində bu məbləğ daha da artacaq", - deyə M.Abbasbəyli qeyd edib.

İqtisadiyyat nazirinin müavini Anar Axundov diqqətə çatdırıb ki, Rəqabət Məcəlləsinin tətbiqi müxtəlif sektor və bazarlarda səmərəli tənzimləmələrin aparılması imkanlarını genişləndirəcək. Nəticədə sahibkarlar üçün həmin bazarlarda əlverişli işgüzar mühit formalaşacaq. Rəqabətin təmin olunması ilə birlikdə investisiya cəlbediciliyinin artmasından irəli gələn yeni sərmayə qoyuluşları son nəticədə yeni istehsal müəssisələrinin yaradılması, iş yerlərinin açılması və əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə əhəmiyyətli töhfə verəcək.

"Rəqabət Məcəlləsi kiçik və orta biznes subyektlərinin inkişafının təmin edilməsi, onların bazara girişinin asanlaşdırılması üçün geniş tənzimləmə mexanizmlərini əhatə edir. Yeni rəqabət siyasətinin dinamik, inklüziv və dayanıqlı iqtisadi artımı dəstəkləməsi azad edilmiş ərazilərimizin dirçəldilməsinə də əlavə imkanlar açacaq, bazar iştirakçılarının sayı çoxalacaq, yerli təsərrüfat subyektlərinin rəqabətqabiliyyətliliyi yüksələcək, innovasiya fəaliyyətinin, özəl sektorda rəqəmsallaşmanın tətbiqi genişlənəcək. Bu il iyulun 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı artaraq 778 min ödəyici təşkil edib. Azərbaycanda sahibkarlığın rolu gündən-günə genişlənir və özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Hazırda ölkə üzrə sahibkarlıq subyektlərinin mütləq əksəriyyəti kiçik və orta sahibkarlıq subyektləridir və onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisiyalarda payı artır", - deyə A.Axundov bildirib.

Azərbaycan Respublikasının Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov deyib ki, Azərbaycanda Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı funksiyalar inzibati məhkəmələrdə həyata keçiriləcək. Bununla bağlı inzibati məhkəmələrdə maarifləndirmə işləri aparılacaq: "İnzibati məhkəmələrdə kifayət qədər peşəkar hakimlər fəaliyyət göstərir. Əminəm ki, Rəqabət Məcəlləsinin tətbiqi ilə bağlı problemlər olmayacaq, sənəd uğurla tətbiq ediləcək".

Tədbirdə çıxış edən digər natiqlər forumda səsləndirilən məsələlərlə bağlı fikirlərini bölüşüblər.

Forum “Rəqabət siyasətinin iqtisadiyyata təsiri” və “Məhkəmə-hüquq sisteminin rəqabət siyasətinin icrasında rolu” mövzularında panel iclaslarla davam edib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
3 gün əvvəl
370 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında ticarət həcminin 30 milyard dollara çatdırılması nəzərdə tutulur
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Farhan Əl-Səud...
  • 57 dəq. əvvəl
  • 23
Türkiyədə xaricə qaçmağa cəhd edən 10 FETÖ üzvü saxlanılıb
Türkiyənin İzmir vilayətinin Çeşmə rayonu ərazisinin Alaçatı körfəzində həyata...
  • 2 saat əvvəl
  • 26
Media: Trampa sui-qəsddə şübhəli bilinən şəxsin avtomobilində partlayıcı qurğu aşkarlanıb
ABŞ hüquq-mühafizə orqanları Ağ evin keçmiş rəhbəri Donald Trampa sui-qəsddə şübhəli...
  • 2 saat əvvəl
  • 29
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü qeyd edilib
Vətən müharibəsi şəhidi Səlimxan Bayramovun 26-cı doğum günü münasibətilə Sumqayıt...
  • 3 saat əvvəl
  • 35
Belarusda qeyri-sabit hava şəraiti nəticəsində ölənlər var
Belarusda pis hava şəraiti nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.AZƏRTAC...
  • 4 saat əvvəl
  • 41
Yaşar Güler: Türkiyə Silahlı Qüvvələri Kiprdə sülh və sabitliyin təminatçısıdır
Türkiyə Silahlı Qüvvələri Kiprdə həm türk, həm də yunan xalqları üçün sülhün və...
  • 6 saat əvvəl
  • 56