Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Bakıda keçiriləcək Avropa çempionatında iştirak edəcək Azərbaycan güləşçiləri bəlli olub

Mayın 20-dən 26-dək ilk dəfə Bakıda keçiriləcək güləş üzrə U-23 Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmalarının heyəti müəyyənləşib.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Bakı İdman Sarayında təşkil ediləcək qitə birinciliyinin ilk günlərində yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq. Komandanın tərkibində Rəşad Məmmədov (55 kiloqram), Nihad Quluzadə (60 kiloqram), Ziya Babaşov (63 kiloqram), Fəraim Mustafayev (67 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Xasay Həsənli (77 kiloqram), Qurban Qurbanov (82 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) yer alıb.

Daha sonra estafet qadın güləşçilərə keçəcək. Şəhanə Nəzərova (50 kiloqram), Elnurə Məmmədova (53 kiloqram), Gültəkin Şirinova (55 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Ruzanna Məmmədova (59 kiloqram), Nigar Mirzəzadə (65 kiloqram) və Mərziyə Sadıqova (72 kiloqram) Azərbaycanı təmsil edəcək. Birgül Soltanova (62 kiloqram) zədələndiyi üçün adı iştirak ərizəsindən çıxarılıb.

Yarışın son günlərində isə sərbəst güləşçilər xalçaya çıxacaq. Yığmanın heyətində Elman Ağayev (57 kiloqram), Nürəddin Novruzov (61 kiloqram), Musa Ağayev (65 kiloqram), Kənan Heybətov (70 kiloqram), Cəbrayıl Qadjiyev (74 kiloqram), Ali Tsokayev (79 kiloqram), Arseniy Djioyev (86 kiloqram), Anar Cəfərli (92 kiloqram), Rəvan Musayev (97 kiloqram) və Yusif Dursunov (125 kiloqram) uğurlu çıxış etməyə çalışacaq.

Görüşlər hər gün 10:30-da start götürəcək. Açılış mərasimi mayın 20-də 17:15-də başlayacaq. Həlledici qarşılaşmalar isə 18:00-dan 20:30-dək davam edəcək.

Qeyd edək ki, Avropa çempionatında I dərəcəli hakimlərimiz Hicran Şərifov, İntiqam Alıyev və Kamran Əliyev ədaləti qoruyacaq.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
507 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 39 dəq. əvvəl
  • 8
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 1 saat əvvəl
  • 20
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 22
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 3 saat əvvəl
  • 33
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 4 saat əvvəl
  • 38
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 5 saat əvvəl
  • 44