Balakəndə sel daşqınlarına qarşı tədbirlər görülür

Balakəndə sel daşqınlarına qarşı tədbirlər görülür

Mənbəyini Böyük Qafqazdan götürən və rayon ərazisindən keçən Katexçay, Mazımçay, Dəliçay, Balakənçay və İnter çaylarında mövsümlə əlaqədar sululuq artsa da, qabaqlayıcı tədbirlər görüldüyündən ciddi fəsadlar qeydə alınmayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, mövsümlə əlaqədar Şimal-Qərb bölgəsində çaylarda suyun səviyyəsi artıb, bır sıra rayonlarda sel təhlükəsi yaşanıb. Belə daşqınların yaşandığı ərazilərdən biri də Balakən rayonu hesab edilir. Rayon ərazisindən bir neçə dağ çayı keçir ki, onların hər biri bol suları ilə yaz aylarında yaşayış məntəqələrinə, təsərrüfatlara ziyan vurur.

Bəs sel daşqınlarının yaratdığı fəsadların aradan qaldırılması üçün ərazilərdə hansı qabaqlayıcı tədbirlər görülür?

Rayon Suvarma Sistemləri İdarəsinin mühəndis topoqrafı İlkin Aslanov bildirib ki, idarənin balansında 23.4 km beton bəndlər mövcuddur. Lakin baş verən sel daşqınları, fəsadlar göstərir ki, bunlar yetərli deyil. İlkin Aslanov rayonda ən dağıdıcı çaylardan hesab edilən Balakən çayın mənbəyində xüsusən Mahamalar, Silban və şəhər ərazisini sel sulardan mühafizə etmək məqsədilə məcratənzimləmə işləri ilə bərabər yeni beton bəndlərin də inşa olunduğunu bildirib. O, bu il Balakənçayda daha 1200 metrə yaxın yeni bəndin inşasının nəzərdə tutulduğunu sözlərinə əlavə edib.

Sel suların təhlükə yaratdığı yaşayış məntəqələrindən biri də rayonun Şərif kəndi hesab edilir. Belə ki, İnter çayı bu kəndin içindən keçir və yaz mövsümündə yağan yağışlar, eləcə də qrunt sular kəndə ciddi təhlükə yaradır. Sakinlərin sözlərinə görə, kəndin başlanğıcında selin yaratdığı fəsadlardan sonra beton bənd salınıb. Lakin kəndin daxili ərazisində də belə bəndlərə ciddi ehtiyac var.

Mühəndis topoqraf İlkin Aslanov sakinlərin haqlı narahatlığına belə aydınlıq gətirir.

“Mütəmadi olaraq bu çayda da daşqın təhlükəsi yaranır. İdarənin balansında bu çay üzrə 800 metr beton bənd mövcuddur. Yaşayış məntəqəsini sel təhlükəsindən müdafiə etmək məqsədilə mütəmadi olaraq məcratənzimləmə işləri aparılır. Dörd ay ərzində 65 min kubmetr həcmində məcratənzimləmə işləri, sahilbərkitmə valları vurulub. Bu yaşayış məntəqəsinin təhlükəli yerləri ilə bağlı yeni təkliflər planı hazırlanaraq müvafiq qaydada təqdim edilib”, - deyən mühəndis-topoqraf İlkin Aslanov bildirib ki, bu ilin planına əsasən Silban kəndi ilə yanaşı, Katex çayı üzərində, İtitala kəndinin sel təhlükəsini aradan qaldırmaq məqsədilə 3198 metr beton bəndin inşası nəzərdə tutulur.

Mühəndis onu da diqqətə çatdırıb ki, idarənin ağır texnikaları mütəmadi olaraq dağıdıcı çayların yaxınlığında növbə çəkir, vaxtaşırı olaraq məcratənzimləmə işləri həyata keçirilir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
494 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
DİN: Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub
İyulun 26-da ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3...
  • 20 dəq. əvvəl
  • 7
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 36 dəq. əvvəl
  • 8
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 14
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 25
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 27
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 38