Balakəndə su mənbələrinə gedən yolda hərəkət bərpa olunub

Balakəndə su mənbələrinə gedən yolda hərəkət bərpa olunub

Son günlərdə Balakənin dağlıq ərazilərinə yağan leysan nəticəsində su mənbələrinə gedən yolda uçqunlar əmələ gəlmişdi.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bununla əlaqədar Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumları - rayon Suvarma Sistemləri və Su-kanal idarələrinin, eləcə də Balakən Rayon Fövqəladə Hallar Komissiyasının birgə səyi ilə dağ yolundakı uçqunlar qısa zamanda aradan qaldırılıb.

Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Ruslan Poladovun verdiyi məlumata əsasən Siltik çay su mənbəyinə gedən, uzunluğu 8 km olan yolun bir neçə hissəsində əmələ gələn uçqunlar maşın və texnikanın köməyi ilə bərpa olunaraq problem aradan qaldırılıb. Eyni zamanda, yolboyu yıxılan ağac və kötük qırıntıları da təmizlənərək hərəkət təmin edilib.

Yolun uçqunlardan, aşmış ağaclardan təmizlənməsi ilə yanaşı suqəbuledicilərin lil və çınqıldan, gətirmələrdən təmizlənməsi prosesi icra edilib. Nəticədə içməli su təminatının bərpası işləri qısa müddətdə başa çatıb və Balakən şəhərinə içməli suyun verilməsi təmin olunub.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
445 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 21 dəq. əvvəl
  • 8
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 19
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 2 saat əvvəl
  • 27
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 3 saat əvvəl
  • 35
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 38
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 5 saat əvvəl
  • 45