Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir

Baş nazirin müavini: Vətən müharibəsindəki Qələbədə Türk dünyasının dəstəyi bizim üçün çox dəyərlidir

Ulu Öndər Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin iradəli və qətiyyətli diplomatiyasının nəticəsi kimi Azərbaycan Vətən müharibəsindəki Zəfəri ilə öz ərazi bütövlüyünü tam təmin etdi. Bu Qələbədə Azərbaycana Türk dünyasının dəstəyi çox dəyərlidir.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda iyunun 15-də Şuşada keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilən “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” panel sessiyada deyib.

Hazırda qlobal problemlər fonunda Türk dünyasının birliyinin daha vacib olduğunu deyən Ə.Əhmədov əlavə edib: “Türk dünyası daha da güclənir və bu, reallıqdır. Ortaq hədəflərin ortaq məqsədlərə çevrilməsi yolunda görüləcək işlərimiz çoxdur. Türk dünyasının qarşısında geniş perspektivlər dayanır. Bu perspektivlərin reallaşdırılması istiqamətində daha sıx və səmərəli əməkdaşlığımızı gücləndirməliyik”.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
418 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Dünya birjalarında neft ucuzlaşıb
Dünya birjalarında neft ucuzlaşıb.ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Londonun ICE...
  • 5 dəq. əvvəl
  • 2
Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib
“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava...
  • 1 saat əvvəl
  • 23
Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır - ŞƏRH
Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Rəsmi Bakı...
  • 1 saat əvvəl
  • 23
Ekspert: “Microsoft”un çökməsi kibersavaşın “əsas məşqidir”
ABŞ-ın “Microsoft” korporasiyasının xidmətlərində yaranan qlobal nasazlıq Avstraliya...
  • 2 saat əvvəl
  • 29
Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib
ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla...
  • 4 saat əvvəl
  • 44
Zelenski Kir Starmerə Ukraynaya qoyulan silah məhdudiyyətləri ilə bağlı çağırış edib
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Kir Starmerdən Qərb tərəfindən...
  • 5 saat əvvəl
  • 48