Baxımlı olmaq üçün qızıl kimi dəyərli məsləhətlər

Yenilənmə tarixi: 2021-09-15

Qadınlar hər zaman gözəl və cazibəli görünməyə çalışırlar. Onlar üçün gözəllikləri ilə bağlı kompliment eşitmək çox əhəmiyyətlidir. Baxım - bir qadın üçün öndə duran mövzulardandır.

Gözəllik hər kəs üçün fərqli olan nisbi bir anlayışdır. Bəziləri üçün nazik bel gözəllik ölçüsüdür, bəziləri üçün gözəllik özünüzlə barışmaqdır. Gözəllik anlayışının hər 10 ildən bir təəccüblü şəkildə dəyişdiyini nəzərə alsaq, çox da təəccüblənməməliyik. Bu səbəbdən "gözəl" olma deyimi bir kənara qoyulmalıdır. Bunun yerinə baxımlı olmaq üçün səy göstərərək, indiki gözəlliyinizi taclandırmaq daha doğru olar.

Baxımlı bir qadın olmağın qızıl tək dəyərli sirrləri sizlər üçün!

Baxımlı qadın hər şeydən öncə özünə inanmalıdır. Qətiyyətli və komplekssiz biri olarsanız sevdiyiniz və ətrafdakılar sizə daha çox diqqət yetirər.
- Kişilər üçün ilk olaraq qadının kilolu olub-olmaması məsələsi əhəmiyyətlidir. Necə deyərlər, bir kişi bir qadının bədən formasına vurulur.

Əgər kilolu bir xanımsınızsa...

kilolu xanım

Düşünməyin ki, sizdə alınmayacaq "mən istəyirəm, demək, mən bacaracağam." Sizdə alınacaq. Ayrıca müxtəkif bəhanələr irəli sürməklə özünüzə haqq qazandırmağa çalışmayın. Bəzi xanımlar övladlarını dünyaya gətirdiklərini ilə bağlayırlar kilo almaqlarını, bəziləri buna səbəb kimi ailə qurduqlarını göstərirlər, bir çoxları isə ümumiyyətlə, arıqlamaqlarını mümkünsüz hesab edirlər. Burada "yox" qəbul olunmur. Özünüzə inanın və durmadan məşqlərə başlayın. Unutmayın ki, burada əsas olan idmandır. Daim hərəkətdə olun, hündür mərtəbəli binalarda lift olmadan çıxıb-düşmək sizə yardım edəcək. Ayrıca, açıq havada qaçış, xüsusilə səhərlər çox faydalıdır. Süfrədən doymamış qalxın, iradənizə qalib gəlin! Ən əsas şərt: gün ərzində çoxlu maye qəbul etməyə çalışın, təmiz sudan daha çox istifadə edin. Unutmayın ki, 10 günə, 20 günə sizdə heyrətamiz dəyişiklik olmayacaq, təbiətdə heç nə qəfil baş vermir, asta-asta ayların əziyyəti hər şeyi öz yoluna qoyacaq, mütləq istədiyinizi alacaqsınız. Gün ərzində tez-tez amma az-az qida qəbul edin, normal olaraq hər 3 saatdan bir. Yatmazdan 4 saat əvvəlcədən qida qəbulunu dayandırın, yuxuda olarkən piylənmə daha tez baş verir. Yağlı və kalorili qidalara deyil, yüngül məhsullara üstünlük verin. Hər zamankı kimi musiqi aclıq hissini də öldürür.

Hündürboylu xanımlar kişilərin diqqətini daha çox cəlb edir, bu sirr deyil.

Hündürboylu xanım

Ucaboylu olsanız da, olmasanız da hündürdaban ayaqqabılara üstünlük verməyiniz məsləhətlidir. Onsuz da alimlər hündür və yastı dabanlı ayaqqabıların səhhətə eyni dərəcədə ziyanlı olduğunu sübut ediblər. Hündürdaban ayaqqabılar sizi qamətli göstərəcək və özünüzə əminlik hissi oyadacaq. Çalışın ki, yanaşı durarkən həyat yoldaşınızla (və ya sevdiyinizlə) eyni hündürlükdə görünəsiniz, çünki əksəriyyət kişilər qadınların onlardan uca görünməsini xoşlamırlar, elə qadınlar da bu haldan məmnun deyillər. Hündür dabanlı ayaqqabılarla yeni yerməyə başlayırsınızsa iyirmi gün müddətində qısa məsafələrə məşq edə bilərsiniz.

- Nəinki kişilər, hətta qadınların özünü də ən çox kompleksə salan məsələ arzuolunmaz tüklərin varlığıdır. Əgər gözəl görünməyi qarşınıza məqsəd qoymusunuzsa ilk olaraq buradan başlamalısınız. Xoşagəlməz tüklərdən azad olmaq üçün qadınlar müxtəlif üsullardan istifadə edirlər, burada seçim sizindir. Arzuolunmaz tüklər qadının zərifliyini məhv edən başlıca səbəbdir.
Qaşlarınız barəsində isə yalnız onu deyə bilərik ki,hazırda gənc xanımlarımız əksəriyyəti bir qədər qalın qaş formasına üstünlük verirlər. Bir qədər yaşlı xanımlarımız isə "sap" formasında daha nazik qaşlardan xoşlanırlar.

- Əksəriyyət kişilər bu mövzuya diqqət etməsələr də qadının baxımlılığı onun dırnaqları ilə müəyyən edilir. Bir çox qadınlar uzun dırnaqlara sahib olmağa üstünlük verirlər. Bu halda açıq rəngli dırnaq boyalarından istifadə etməlisiniz. Əks halda tünd rəngli dırnaq boyası sizə yaraşacaq. Dırnaqlarda adətən bir rəngdən istifadə daha gözəl görünür, nəinki müxtəlif bəzəklər...

Saçlar qadının görünüşündə mühüm yer tutur.

Saçlar

Qadının üzü nə qədər təmiz və gözəl olsa da; dağınıq və çirkli saçlar digər insanlarda pis təəssürat yaranmasına səbəb olacaq. Bu səbəbdən saçların baxımı və təmizlənməsi çox vacibdir. Baş quruluşunuza uyğun bir saç düzümü də yaratmalısınız.

- Zinət əşyalarından sadələrə üstünlük verərsəniz daha yaxşı olar. Lakin qızılı və sarı rənglərdən istifadə edin. Boyunbağılar hər geyimə uyğun gəlmir, bu mövzuda diqqətli olun. Saçlarınızı yuxarıdan yığırsınızsa halqa sırğalara üstünlük verə bilərsiniz.

- Makiyaj hər bir qadın üçün son dərəcəli və xeyli əhəmiyyətli mövzudur. İlk olaraq onu deyim ki, zərli, qatı makiyajdan gündəlik istifadə etməyin. Həmçinin də ağardıcı krem və pudralar. Dodaq boyası düzgün makiyajın başlıca göstəricisidir. Tünd qırmızı rəngdən istifadə məsləhət deyil. Göz qələmini içəriyə doğru çəkərsəniz, gözləriniz kiçik görünəcək.

Və... Ən əsas mövzu: geyim seçimi.

geyim seçimi

İlk olaraq onu qeyd edim ki, kiminsə əynində görüb bəyəndiyiniz deyil, özünüzə yaraşacaq geyimləri seçin. Öz bədəninizi tanıyın və ona uyğun libaslar seçin. Qarderobunuzda tünd, gözəçarpan rəngdə geyimləri yerləşdirin. Açıq-saçıq geyimlərdən istifadə etməklə gözəl görünəcəyinizi düşünməyin, zövq ən qapalı geyimdə də özünü göstərəcək, ayrıca bir sıra geyimlər xanımlarımızın bəzi qüsurlarını da ortaya qoya bilər. Unutmayın, necə bir geyim seçəcəyinizə ən doğru cavab hara gedəcəyiniz ola bilər. Dəbdə olmayan geyimlərdən istifadə etməkdən çəkinməyin, dəbi siz də yarada bilərsiniz. Geyimlər həm bədənə uyğun olmalı, həm də edilən makiyaj və saç tərzinə uyğun olmalıdır. Bu şəkildə həm baxımlı, həm də zərif görüntüyə sahib olacaqsınız.

azadqadin.az

Məqaləyə emosiya bildir:
4 il əvvəl
9818 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Günel (3 il əvvəl)
Mən arıqlamaq isdiyirem birdeki doğuşdan qarnımda cırığlar qalıb isdiyirem yox olsun xaiş edirem düzgün informasiya almaq isdiyirem
Oxşar yazılar
Qabarıq üz xətlərinə sahib olmaq üçün nə edə bilərik?
Bəzi insanlar ideal üz və yanaq quruluşlarına sahib olsalar belə, yanaq nahiyəsindəki...
  • 13 gün əvvəl
  • 398
Üz gözəlliyi üçün almacıq sümükləri niyə vacibdir?
Almacıq sümükləri qulaq, göz, burun, göz və çənə arasında yerləşən bir cüt...
  • 3 ay əvvəl
  • 853
10 ən yaxşı bədən spreyi
Bədən spreyləri markalarına görə fərqli miqdar və özəlliklərdə hazırlanan və bizə...
  • 3 ay əvvəl
  • 722
Canlı və yumşaq saçlar üçün ən yaxşı qulluq məhsulları
Fen tətbiqi, hava şəraiti, günəş, stress və yanlış saç məhsullarının istifadəsi...
  • 4 ay əvvəl
  • 651
Ən yaxşı makiyaj təmizləyici məhsullar
Makiyajınızı silərkən istifadə edə biləcəyiniz bir çox məhsul var. Həmin məhsullardan...
  • 5 ay əvvəl
  • 796
Məsamələri aradan qaldıran ən yaxşı makiyaj nümunələri
Xüsusilə yay aylarında makiyajınızın daha uzun müddət qalması üçün makiyaj astarından...
  • 6 ay əvvəl
  • 1089