Baydenlə Trampın ilk debatı keçirilib

Baydenlə Trampın ilk debatı keçirilib

ABŞ-da prezident seçkilərindən əvvəl hazırki Prezident Co Bayden və digər namizəd Donald Tramp arasında ilk teledebat baş tutub.

AZƏRTAC-ın məlumatına görə, CNN kanalının Atlanta şəhərindəki binasında keçirilən debat 2 reklam fasiləsi ilə birlikdə 90 dəqiqə çəkib. Debatın moderatorları Ceyk Tapper və Dana Baş olub. Teledebat əvvəlcə ABŞ iqtisadiyyatının indiki vəziyyəti mövzusunda başlayıb. Tramp və Bayden inflyasiya, iş yerləri və vergi siyasəti ilə bağlı danışıblar. Ağ Ev rəhbəri prezidentliyi dövründə iqtisadi uğur hesab etdiyi addımları sadalayıb, Tramp isə ölkədəki inflyasiyanın pisləşən vəziyyəti barədə fikirlərini bölüşüb. Tərəflər miqrasiya və digər daxili sosial məsələlər barədə də fikir səsləndiriblər.

Xarici siyasət mövzusunda Ukraynadakı vəziyyət müzakirə edilib. Tramp Ukraynadakı müharibəyə görə Baydeni təqsirkar hesab edib. Qəzzadakı vəziyyətlə bağlı çıxışlar zamanı Bayden israilli və fələstinli girovların mübadiləsi və atəşkəslə bağlı planın müzakirə olunduğunu vurğulayıb.

Co Baydenin çıxışı ilə başlayan debat Donald Trampın son sözü ilə yekunlaşıb.

ABŞ-nin keçmiş prezidentləri Con Kennedi və Riçard Niksonun debatından bu yana ilk dəfə müzakirə tamaşaçısız təşkil olunub.

Debat tərəflərinə yanlarında yalnız su, qələm və boş bloknot saxlamağa icazə verilib. Bir-birinə mane olmamaları üçün tərəflərdən biri çıxış edərkən digərinin mikrofonu bağlı olub.

Növbəti debat sentyabrın 10-da ABC kanalında təşkil olunacaq.

Məlahət Nəcəfova

Vaşinqton

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
26 gün əvvəl
390 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. ILK.AZ...
  • 57 dəq. əvvəl
  • 17
QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib
İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında...
  • 2 saat əvvəl
  • 22
Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir
Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı...
  • 3 saat əvvəl
  • 30
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda
Azərbaycan basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar...
  • 3 saat əvvəl
  • 38
AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır
Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində...
  • 5 saat əvvəl
  • 40
Zəfərimizə layiq olmaq, yaxud media və cəmiyyət məsuliyyəti
Prezident İlham Əliyevin təkcə tarixi gerçəklikləri deyil, günümüzün yeni...
  • 6 saat əvvəl
  • 51