BDU “QS Avropa 2025” və “QS Qərbi Asiya 2025” reytinqlərində əhəmiyyətli irəliləyişə nail olub

BDU “QS Avropa 2025” və “QS Qərbi Asiya 2025” reytinqlərində əhəmiyyətli irəliləyişə nail olub

Dünyanın nüfuzlu “QS Quacquarelli Symonds” agentliyi “QS Avropa 2025” (QS Europe 2025) və “QS Qərbi Asiya 2025” (“QS Western Asia 2025”) reytinq nəticələrini elan edib. Avropanın 42 bölgəsindən müvafiq meyarlara cavab verən 685 ali təhsil müəssisəsi reytinq siyahısında yer alıb.

Bu barədə Bakı Dövlət Universitetindən (BDU) məlumat verilib. Bildirilib ki, BDU “QS Avropa 2025” reytinqində ötən illə müqayisədə 43 faiz irəliləyiş əldə edib və 78 pillə irəliləyərək 336-cı mövqeyə yüksəlib. Eləcə də BDU “QS Qərbi Asiya 2025” reytinq siyahısında 4 pillə irəliləyərək 93 universitet arasında 15-ci mövqedə qərarlaşıb. Müvafiq reytinq qiymətləndirilməsi zamanı BDU Avropada “Fakültə-tələbə nisbəti” (Faculty-Student Ratio) indikatoru üzrə 70-ci, “Məşğulluq nəticələri” (Employment Outcomes) indikatoru üzrə 99-cu, “Akademik nüfuz” (Academic Reputation) indikatoru üzrə isə 174-cü mövqeyə yüksəlib.

Qeyd edək ki, BDU müvafiq reytinq qiymətləndirməsində “Məşğulluq nəticələri” (Employment Outcomes), “Beynəlxalq tədqiqat şəbəkəsi” (International Research Network), “Mübadilə ilə gələn tələbələr” (Inbound Exchange Students), “Əcnəbi tələbə müxtəlifliyi” (International Student Diversity), “Fakültə üzrə nəşr” (Papers per Faculty) və “Dayanıqlılıq” (Sustainability) indikatorları üzrə ölkədə birinci mövqedə qərarlaşıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
10 gün əvvəl
379 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Livanın cənubunda silsilə partlayışlar baş verib
İsrailin Livanın Adlyun kəndində və qonşu ərazilərdəki sursat anbarına endirdiyi...
  • 3 saat əvvəl
  • 28
Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul...
  • 4 saat əvvəl
  • 35
Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə...
  • 5 saat əvvəl
  • 46
Göbələk depressiyadan qurtulmağa kömək edir
Alimlər göbələyin tərkibindəki “psilosibin” adlı maddənin depressiyanın...
  • 7 saat əvvəl
  • 52
Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb
Boliviya - Çili sərhədi yaxınlığında avtobus və yük maşınının iştirakı ilə...
  • 8 saat əvvəl
  • 63
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib.AZƏRTAC xəər verir ki, bu barədə...
  • 8 saat əvvəl
  • 56