BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

BƏƏ Prezidenti humanitar fəaliyyətinə görə mükafata layiq görülüb

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan beynəlxalq humanitar fəaliyyətinə görə Aralıq Dənizi Parlament Assambleyasının (ADPA) mükafatına layiq görülüb. ADPA-nın mükafatı hər il bölgə xalqları və ölkələri arasında qarşılıqlı anlaşmanın yaxşılaşdırılmasına töhfə verən təşkilatlara və insanlara təqdim edilir.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu il ADPA-nın birinci mükafatı siyasi nizamlanmaya və ya fəlakətli hadisələrin qurbanlarının sarsıntılarını yüngülləşdirən həyativacib humanitar yardım üçün müstəsna səylərə həsr olunub.

"Şeyx Məhəmməd bin Zayedə beynəlxalq humanitar fəaliyyətinə görə birinci ADPA mükafatının təqdim olunduğunu elan etmək bizim üçün böyük şərəfdir. Əlahəzrət, on illərdir ki, sülhü, insan həyatını və firavanlığı qorumaq üçün çeşidli fəaliyyətlərdə şəxsən iştirak edərək, bütün dünyada fəal humanitar fəaliyyət göstərir. Onun qlobal sabitliyin möhkəmlənməsinə verdiyi töhfə, digər ölkələrin liderləri üçün bu nüfuzlu mükafatın gələcək laureatlarının qarşısında yüksək hədəflər müəyyənləşdirən bir nümunədir”, - deyə ADPA sədri Enaam Mayyara bildirib.

ADPA 2005-ci ildə yaradılıb və Aralıq dənizi və Fars körfəzi ölkələrinin parlamentlərini birləşdirən beynəlxalq təşkilatdır. Təşkilat yarandığı gündən bəri 1990-cı illərin əvvəllərində qurulan Aralıq dənizi Təhlükəsizlik Və Əməkdaşlıq Konfransının hüquqi varisi kimi çıxış edib.

Assambleyanın əsas vəzifəsi üzv dövlətlər arasında siyasi, iqtisadi, sosial və mədəni əməkdaşlığın gücləndirilməsi, regional problemlərin həlli, Aralıq dənizi regionunda və ondan kənarda sülhün və sabitliyin möhkəmləndirilməsidir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
535 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 50 dəq. əvvəl
  • 9
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 21
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 2 saat əvvəl
  • 23
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 3 saat əvvəl
  • 34
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 4 saat əvvəl
  • 39
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 5 saat əvvəl
  • 45