Belarus xalqı Azərbaycanı Cənubi Qafqazda sülhün qarantı hesab edir  ŞƏRH

Belarus xalqı Azərbaycanı Cənubi Qafqazda sülhün qarantı hesab edir ŞƏRH

Bu gün Azərbaycan suverenliyini tam bərpa etmiş dövlət olaraq ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünə hörmət nümayiş etdirən bütün dost dövlətlərlə, tərəfdaşlarla eyni bərabər və qarşılıqlı etimada əsaslanmış siyasətə öz sadiqliyini ifadə edir. Belarus Respublikası o dost dövlətlərdəndir ki, bu günə qədər Azərbaycanın ərazi bütövlüyünü tanımış, hər zaman ölkəmizin haqlı və ədalətli işinə siyasi müstəvidə dəstək vermişdir.

Ümumiyyətlə, Azərbaycan və Belarus təkcə dost deyil, həm də mühüm strateji tərəfdaşdırlar. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlət başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.

Bunu Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O qeyd edib ki, bu günlərdə keçirilən görüşlər Azərbaycanla Belarusun bir-birinə daha yaxın olmasına və xalqlarımızın daha da sıx dostluq etməsinə nəinki şərait yaradır, eyni zamanda, gələcək böyük uğurların təməlini qoyur: “Belarus Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-17-də Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının növbəti təzahürü idi. Səfər çərçivəsində Belarus Prezidentinin Azərbaycan Prezidenti ilə ikitərəfli, eləcə də hökumət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirməsi artıq hər iki müstəqil dövlətin münasibətlərində yeni bir dövrün başladığını ortaya qoyur. Aparılan danışıqlar - təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Belarus Cənubi Qafqazda söz sahibinə çevrilmiş Azərbaycanla bu günə qədər formalaşmış qarşılıqlı etibar, hörmət və strateji dostluq əlaqələrini, həmçinin iqtisadi-ticari münasibətləri daha dərindən inkişaf etdirməyi hədəfləyir”.

Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə doqquz dövlət əhəmiyyətli sənədin imzalandığını bildirən deputat əlavə edib: “Gömrük fəaliyyətində xüsusi istiqamətləri əhatələyən hökumətlərarası sənədlərin imzalanması, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı” və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu” onu deməyə əsas verir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında bərpa, yenidənqurma işlərində Belarus öz potensialı ilə yaxından iştirak edəcək, eləcə də dost xalqlarımız arasında hərtərəfli münasibətlərin dərinləşməsi üçün şərait yaranacaq”.

Məzahir Əfəndiyev Aleksandr Lukaşenkonun səfəri zamanı Şuşa və Füzuli şəhərlərində Azərbaycanın həyata keçirdiyi quruculuq prosesinə şahidlik etməsini, habelə bu işlərdə səmimi olaraq öz yardımlarını təklif etməsini iki ölkə arasında iqtisadi əməkdaşlıq çərçivəsində görüləcək işlərin təməli kimi qiymətləndirib. Deputatın sözlərinə görə, müşahidə edilən dostluq münasibətləri, keçirilən görüşlər bu gün Cənubi Qafqazda sülh və davamlı inkişafın təmin olunmasına, habelə hər iki ölkə xalqlarının rifahı naminə böyük işlərin uğurla davam etdirilməsinə rəvac verir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
521 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 58 dəq. əvvəl
  • 16
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 2 saat əvvəl
  • 23
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 29
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 37
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 40
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 6 saat əvvəl
  • 47