Beş il ərzində Britaniyada “Amazon”un anbarlarına 1400-dən çox təcili yardım maşını çağırılıb
Son beş ildə “Amazon” anbarlarına 1400 dəfədən çox təcili yardım maşını çağırılıb. “GMB” Həmkarlar ittifaqının şok adlandırdığı rəqəmlər Böyük Britaniyada amerikalı nəhəngin iş yerlərində təhlükəsizliklə bağlı yeni məsələlər qaldırır.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Böyük Britaniyanın “The Observer” qəzetinin məlumatına görə, çağırışların 70 faizdən çoxu ürəkdə yaranan narahatlıq və insult kimi həyat üçün təhlükəli vəziyyətlərlə bağlı olub. İntihar cəhdləri və ya digər ciddi psixi hadisələr “Amazon”un Bolton, Çesterfild, Mensfild, Raqli, London və bir çox digər mərkəzlərində qeydə alınıb. Digər hadisələr iş yerində uşaq saldırma, turşuların və təhlükəli qazların təsiri, elektrik cərəyanının vurması ilə bağlı olub.
“GMB” Həmkarlar İttifaqı yerli hakimiyyət orqanları və əməyin mühafizəsi üzrə icraiyyə komitəsini şirkətin iş metodlarını araşdırmağa çağırıb. “Amazon” işçiləri mütəmadi olaraq insan imkanlarına sığmayan çərçivədə işləməyə məcbur edilir. İşçilər təcili yardım çağırılması fikrindən fəal şəkildə daşındırılır. Bunun əvəzində onlara taksi çağırmaq təklif edilir”, - deyə “GMB”dən Amanda Giring bildirib.
Böyük Britaniyada “Amazon”un nümayəndələri şirkətdə işləməyin “təhlükəli” olması fərziyyəsini qəti şəkildə təkzib edir, çünki “təhlükəsizlik hər zaman mütləq prioritetdir”.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
391 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)