Bəstəkar Pikə Axundova ilə gənclərin görüşü olub

Bəstəkar Pikə Axundova ilə gənclərin görüşü olub

Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pikə Axundova ilə görüş keçirilib.

İctimai Birliyin mətbuat xidmətindən bildiriblər ki, tədbir “MədəniyyətimİZ” proqramı çərçivəsində reallaşıb.

“MədəniyyətimİZ” proqramının koordinatoru Riad Cəbrayılov proqram çərçivəsində həyata keçirilən mədəniyyət xadimləri ilə maarifləndirici və interaktiv görüşlərin əhəmiyyətindən bəhs edib. Müasir bəstəkarlıq ənənələrinin yaşadılması və inkişafında gənc bəstəkar Pikə Axundovanın özünəməxsus üslubundan, onun dillər əzbərinə çevrilmiş nəğmələrindən və irihəcmli musiqi əsərlərindən danışılıb.

Daha sonra bəstəkar Pikə Axundova həyat və yaradıcılığı ilə bağlı geniş təqdimatla çıxış edib. Azərbaycan musiqi mədəniyyətinin inkişafı kontekstində müasir bəstəkarlıq ənənələrinin təbliği, gənc bəstəkarların yaradıcı fəaliyyətindən söhbət açıb.

Tədbir “Mədəniyyətimizin yaşadılması, inkişafı və təbliğində müasir musiqinin rolu”, “Bəstəkarlıq fəaliyyətində yeni, innovativ yanaşmalar: keçmiş ənənələrə baxış” və “İstedadlı gənclərin tanıdılması” mövzularında panel müzakirə ilə davam edib.

Sonra auditoriyanın sualları cavablandırılıb.

Görüşün bədii hissəsində Pikə Axundovanın ifasında “Salam, Şuşa”, Tokkata” və müğənni Zabitə Əliyevanın ifasında bəstəkarın “Qəlbimin səsi” nəğməsi təqdim edilib.

“MədəniyyətimİZ” proqramı Azərbaycan incəsənətinin gənclər arasında təbliği, mədəniyyətin gündəlik həyat tərzinə çevrilməsi, gənclərin milli-mənəvi dəyərlərə xas və vətənpərvər ruhda yetişməsinə nail olmaq məqsədilə həyata keçirilir. Proqram çərçivəsində müxtəlif mədəniyyət nümayəndələri ilə musiqili görüşlərin təşkili nəzərdə tutulur.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
27 gün əvvəl
397 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Livanın cənubunda silsilə partlayışlar baş verib
İsrailin Livanın Adlyun kəndində və qonşu ərazilərdəki sursat anbarına endirdiyi...
  • 4 saat əvvəl
  • 34
Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul...
  • 6 saat əvvəl
  • 43
Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə...
  • 7 saat əvvəl
  • 52
Göbələk depressiyadan qurtulmağa kömək edir
Alimlər göbələyin tərkibindəki “psilosibin” adlı maddənin depressiyanın...
  • 8 saat əvvəl
  • 58
Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb
Boliviya - Çili sərhədi yaxınlığında avtobus və yük maşınının iştirakı ilə...
  • 10 saat əvvəl
  • 69
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib.AZƏRTAC xəər verir ki, bu barədə...
  • 10 saat əvvəl
  • 62