Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq İşəgötürənlər Təşkilatının baş katibi Roberto Suarez Santosun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində son illər aparılan islahatlar və əldə olunan uğurlar barədə məlumat verib. İcra olunan aktiv məşğulluq proqramlarını, əmək bazarının tələblərinə uyğun peşə hazırlığının təşkili istiqamətində görülən işləri diqqətə çatdırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan geniş quruculuq işləri, habelə həmin ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı məqsədilə həyata keçirilən məşğulluq tədbirləri qeyd edilib. Əmək və məşğulluq sahəsində islahatlar prosesində, aktiv məşğulluq proqramlarının icrasında işəgötürənlərlə fəal əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

R.S.Santos ölkəmizə səfərindən məmnunluğunu bildirib, əmək və məşğulluq sahəsində qurumlar arasında əməkdaşlığın önəmini qeyd edib.

Görüşdə nazirliklə Beynəlxalq İşəgötürənlər Təşkilatı arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
244 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Stokholmda Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbir keçirilib
İsveçin paytaxtı Stokholmda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan...
  • 23 dəq. əvvəl
  • 7
Makron Yeni Kaledoniya ilə bağlı Müdafiə Şurasının iclasını keçirəcək
Prezident Emmanuel Makron Yeni Kaledoniyada iğtişaşlarla əlaqədar bu gün Fransa Müdafiə...
  • 31 dəq. əvvəl
  • 8
Səudiyyə Ərəbistanının 88 yaşlı kralına pnevmoniya diaqnozu qoyulub
Səudiyyə Ərəbistanının Kralı, 88 yaşlı Salman bin Əbdüləziz Əl Səudə pnevmoniya...
  • 1 saat əvvəl
  • 17
“Bayraktar AKINCI” İran Prezidentinin helikopterinin qəza enişi etdiyi ehtimal olunan bölgədədir
Axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən İrana göndərilən...
  • 3 saat əvvəl
  • 25
Parisin hava limanlarının işçiləri tətil edəcəklər
Parisin Orli, Le Burje və Şarl de Qoll hava limanlarının işçiləri Olimpiya Oyunları zamanı...
  • 3 saat əvvəl
  • 28
Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib
Türkiyənin Milli Müdafiə Nazirliyi İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin...
  • 4 saat əvvəl
  • 34