Beynəlxalq konfransda Azərbaycan qadınının ölkəmizin ictimai-siyasi həyatında rolundan danışılıb

Beynəlxalq konfransda Azərbaycan qadınının ölkəmizin ictimai-siyasi həyatında rolundan danışılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Misir Ərəb Respublikasının İslam Məsələləri üzrə Ali Şurasının 35-ci Beynəlxalq Konfransında çıxış edib. “Maarifləndirmədə qadınların rolu” mövzusuna həsr olunmuş “1-ci Beynəlxalq Moizəçi Qadınlar Konfransı” adı altında keçirilən tədbir Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin himayəsi altında təşkil olunub.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, konfransda Ramin Məmmədov ölkəmizdə qadın hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verib. O bildirib ki, Azərbaycan qadınları tarix boyu idarəetmə, elm, mədəniyyət və ictimai-siyasi sahələrdə taleyüklü məsələlərin həllinə mühüm töhfələr veriblər. Belə parlaq örnəklərdən biri də ərəb məhcər ədəbiyyatının ən sanballı tədqiqatçısı kimi Misir oxucusuna yaxşı məlum olan ilk azərbaycanlı ərəbşünas qadın, görkəmli şərqşünas alim Aida İmanquliyevadır.

Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan qadını bu gün də ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Prezident İlham Əliyev qadınların hüquqlarının qorunmasını və onların cəmiyyət həyatında iştirak imkanlarının genişləndirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Azərbaycanın Birinci vitse-prezidenti, ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan qadınının ictimai həyatda iştirakının ən yaxşı nümunəsi kimi qəbul olunur. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələr ölkənin inkişafına, cəmiyyətin tərəqqisinə xidmət edir.

Azərbaycanda dini maarifləndirmə prosesində qadınların fəallığının təmin edilməsi istiqamətində aparılan işlər haqqında danışan R.Məmmədov İslamın qadına qazandırdığı hüquq və azadlıqlar barədə düzgün maarifləndirmə işinin təşkili məqsədilə Dövlət Komitəsinin din xadimləri, qadın təşkilatlarının rəhbərləri ilə birgə layihələr həyata keçirdiyini deyib. Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun qadın məzunlarının dini təhsil prosesinin təkmilləşdirilməsinə mühüm töhfələr verdiyini vurğulayıb.

R.Məmmədov Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal altında saxlanıldığı 30 ilə yaxın müddətdə dini-tarixi abidələrimizə, mədəni irs nümunələrimizə qarşı həyata keçirilən vandalizm aktları barədə məlumat verib. Qeyd edib ki, qazanılmış möhtəşəm Qələbədən sonra ölkəmiz bütövlükdə regionun tarixində yeni səhifə açaraq sülh və əməkdaşlıq təşəbbüsləri ilə çıxış edir. Komitə sədri vurğulayıb ki, Azərbaycan dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün icmaların dinc yanaşı yaşamasını təmin edən multikulturalizm və tolerantlıq modeli yaratmağa müvəffəq olub.

Dövlət Komitəsinin sədri tədbir çərçivəsində müzakirə edilən mövzuların qadınların maarifləndirmə sahəsindəki fəaliyyətinə dəstək olacağına inamını ifadə edib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
19 gün əvvəl
360 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar yol hərəkəti...
  • 1 saat əvvəl
  • 19
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyən ediblər
15 ölkədən 68 seysmoloq 2023-cü ilin sentyabrında bütün dünyada qeydə alınan və doqquz...
  • 2 saat əvvəl
  • 26
Bayden administrasiyası Konqresdən Ukrayna üçün 5,8 milyard dolların istifadə müddətini uzatmağı xahiş edir
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Konqresə Prezidentin silahların ötürülməsi...
  • 3 saat əvvəl
  • 34
Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının təntənəsidir
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad...
  • 4 saat əvvəl
  • 41
Norveç vəliəhd şahzadəsinin oğlu Marius Borq yenidən polis tərəfindən saxlanılıb
Norveç vəliəhd şahzadəsi Mette Maritin oğlu Marius Borq Höibi yenidən polis tərəfindən...
  • 5 saat əvvəl
  • 50
XİN başçısı: Ukraynalıların geri qaytarılması üçün Avropa İttifaqı ilə proqram işlənir
Avropa İttifaqının ukraynalıların evlərinə qayıdışı üçün proqramlar hazırlamağa...
  • 7 saat əvvəl
  • 53