![Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA](/uploads/news-thumbs-900x600/bezi-bolgelerde-leysan-xarakterli-yagis-yagib-goranboy-rayonuna-dolu-dusub-faktiki-hava.jpeg)
Bəzi bölgələrdə leysan xarakterli yağış yağıb, Goranboy rayonuna dolu düşüb – FAKTİKİ HAVA
İyunun 1-i saat 19:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Ağdam, Naftalan, Xınalıq, Quba, Qrız, Qusar, Goranboy, Zaqatala, Qəbələ, Şahdağ, Balakən, Mingəçevir, Sarıbaş (Qax), Göyçayda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Goranboy rayonu Böyrü qəsəbəsinə saat 17:30-17:35 radələrində diametri 11-15 mm, Goranboy rayonu Meşəli kəndinə 10-13 mm, həmçinin rayonun Şəfəq və Zeyvə kəndlərinə də dolu yağıb.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
1 ay əvvəl
475 dəfə oxundu
475 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)