®  “Birbank Biznes”də Sahibkarlığın İnkişafı Fondunun kreditindən yararlanma imkanı

® “Birbank Biznes”də Sahibkarlığın İnkişafı Fondunun kreditindən yararlanma imkanı

“Birbank Biznes” vasitəsilə 20-70 yaş aralığında olan mikro sahibkarlar 60 ayadək, illik 5 faiz olmaqla 100 min manatadək güzəştli kredit imkanından faydalana bilərlər.

Qeyd edək ki, güzəşt müddəti kredit müddətinin yarısınadək olan tarixləri əhatə edir.

Tələb olunan sənədlər:

• Şəxsiyyət vəsiqəsi

• VÖEN

• Layihənin həyata keçirildiyi yerə və ya əmlaka dair təsdiqedici sənəd

Prioritet istiqamətlər:

• Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin dəstəklənməsi;

• Qeyri-neft sənaye sahələrinin inkişafı üzrə istehsal və emal (o cümlədən aqrar emal) yönümlü layihələrin dəstəklənməsi;

• Kənd təsərrüfatı sahəsinin inkişafı üzrə istehsal yönümlü layihələrin dəstəklənməsi;

• Logistik xidmət layihələrinin dəstəklənməsi;

• Anbar komplekslərinin yaradılması yönümlü layihələrin dəstəklənməsi;

• Turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla);

• Balıqçılıq və akvakultura, həmçinin akvaponika təsərrüfatlarının yaradılması yönümlü layihələrin dəstəklənməsi;

• Yaşıl, rəqəmsal inkişaf və innovasiya yönümlü layihələrin dəstəklənməsi;

• Kütləvi informasiya vasitələrinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;

• Təhsil sahəsi üzrə layihələrin dəstəklənməsi (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla);

• Tibb sahəsi üzrə layihələrin dəstəklənməsi (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla);

Bu unikal kredit imkanından yararlanmaqla mikro sahibkarlar öz bizneslərini inkişaf etdirə və ölkə iqtisadiyyatının müxtəlif sahələrində irəlləyişə nail ola bilərlər.

Əlavə məlumat üçün link: https://bir.bank/sifd

“Birbank Biznes” müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən “Birbank Biznes” sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zənd edin.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
25 gün əvvəl
397 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib
“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava...
  • 25 dəq. əvvəl
  • 11
Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır - ŞƏRH
Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Rəsmi Bakı...
  • 36 dəq. əvvəl
  • 13
Ekspert: “Microsoft”un çökməsi kibersavaşın “əsas məşqidir”
ABŞ-ın “Microsoft” korporasiyasının xidmətlərində yaranan qlobal nasazlıq Avstraliya...
  • 1 saat əvvəl
  • 22
Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib
ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla...
  • 3 saat əvvəl
  • 36
Zelenski Kir Starmerə Ukraynaya qoyulan silah məhdudiyyətləri ilə bağlı çağırış edib
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Kir Starmerdən Qərb tərəfindən...
  • 4 saat əvvəl
  • 41
Türkiyə, Azərbaycan və ŞKTC-nin qadın sahibkarları əməkdaşlıq məsələlərini müzakirə ediblər
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə Azərbaycan arasında əlaqələr fəal şəkildə...
  • 5 saat əvvəl
  • 46