BMT: 2023-cü il humanitar işçilər üçün ən ölümcül dövr olub

BMT: 2023-cü il humanitar işçilər üçün ən ölümcül dövr olub

Birləşmiş Millətlər Təşkilatı xəbərdarlıq edir ki, 2024-cü il rekord dövrü hesab oluna bilər, çünki avqust ayına qədər 172 humanitar işçi həlak olub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş Ümumdünya Humanitar Yardım Günü münasibətilə bildirib ki, 2023-cü il humanitar işçilər üçün ən ölümcül il olub, 33 ölkədə 280 ölüm halı qeydə alınıb. O "cəzasızlığa son qoyulmasını" tələb edib.

Bu rəqəm 118 yardım işçisinin həlak olduğu 2022-ci ilə nisbətən 137 faiz artım deməkdir. Lakin BMT xəbərdarlıq edir ki, 2024-cü ildə bu rəqəmlər arta bilər, çünki avqust ayına olan məlumata görə 172 humanitar işçi həlak olub.

Ən çox ölüm sayı Qəzza zolağında müharibənin ilk aylarında (oktyabr-dekabr) aviazərbələr nəticəsində qeydə alınıb. Bundan başqa, həm 2023-cü ildə, həm də 2024-cü ildə həlak olanların sayına Sudan ərazisindəki zorakılıq təsir edib. Bütün münaqişələrdə qurbanların əksəriyyətini milli əməkdaşlar təşkil edir.

Quterreş mülki əhalini qorumaq üçün hökumətlərdən münaqişənin “bütün tərəflərinə” təzyiq göstərməyi xahiş edib. “Biz, beynəlxalq hüququ pozan ordu və qruplaşmalara silah tədarükünün dayandırılmasını tələb edirik”, - Baş katib əlavə edib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
27 gün əvvəl
386 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Kir Starmer həyat yoldaşı üçün pulsuz geyimlər qəbul etdiyinə görə tənqid olunub
Böyük Britaniyanın Baş naziri Kir Starmer həyat yoldaşı Viktoriya üçün partiya donorundan...
  • 23 dəq. əvvəl
  • 8
“Araz-Naxçıvan”ın futbolçusu Azərbaycan çempionatlarında yubiley matçını keçirib
“Araz-Naxçıvan”ın futbolçusu Urfan Abbasov Azərbaycan çempionatlarında 300-cü oyununu...
  • 6 saat əvvəl
  • 52
Güclü daşqınlar Avropanı cənginə alıb
“Boris” qasırğasının səbəb olduğu leysan yağışlar Mərkəzi və Şərqi Avropada son...
  • 6 saat əvvəl
  • 50
®  Rəhbərlərə Çağırış: “Gardashlar Mebel”in smart masası ilə Sağlamlığınızı Qoruyun
“Gardashlar Mebel” şirkətinin təsisçisi Əli Mirzəyev: “Smart masa mənim də...
  • 7 saat əvvəl
  • 55
Paytaxtdakı 53 nömrəli məktəbdə ilk dərs gününə həsr olunmuş tədbir keçirilib
Paytaxtdakı 53 nömrəli tam orta məktəbdə ilk dərs gününə həsr olunmuş tədbir...
  • 7 saat əvvəl
  • 51
Paytaxtın bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC...
  • 9 saat əvvəl
  • 59