BMT Beynəlxalq Afrika Mənşəli İnsanlar Günü münasibətilə müraciət yayıb

BMT Beynəlxalq Afrika Mənşəli İnsanlar Günü münasibətilə müraciət yayıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) 31 Avqust – Beynəlxalq Afrika Mənşəli İnsanlar Günü münasibətilə müraciət yayıb.

ILK.AZ Azərtac-a istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş qeyd edib: “Mən dövlətləri irqi ayrı-seçkiliyin köhnə və yeni formaları ilə mübarizə aparmaq üçün Afrika mənşəli insanların və onların icmalarının tam iştirakı ilə konkret addımlar atmağa çağırıram. Birgə səylərlə əsrlər boyu kök salmış struktur və institusional irqçiliyi aradan qaldırmaq lazımdır”.

Müraciətdə deyilir: “Bu il Beynəlxalq Afrika Mənşəli İnsanlar Günü ilə yanaşı, həm də BMT Baş Assambleyası tərəfindən Amerika qitəsində Afrika mənşəli insanların tanınması təşəbbüsü olan Afrika Mənşəli İnsanlar üçün Beynəlxalq Onilliyin son ilini də qeyd edirik. Birləşmiş Millətlər Təşkilatı bu vasitə ilə Afrika diasporunun dünyada fövqəladə töhfələrini təşviq etmək və Afrika mənşəli insanlara qarşı ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaq məqsədi daşıyır”.

BMT qeyd edir ki, beynəlxalq günlər cəmiyyətin paylaşdığı dəyərləri əks etdirir. Bütün insanlar azad, ləyaqət və hüquq baxımından bərabər doğulurlar, onlar öz cəmiyyətlərinin inkişafına və rifahına konstruktiv töhfə vermək potensialına malikdirlər. İrqi üstünlük haqqında hər hansı bir doktrina elmi cəhətdən yanlışdır, əxlaqi cəhətdən pislənir, sosial cəhətdən ədalətsizdir və təhlükəlidir, həmçinin ayrı-ayrı insan irqlərinin mövcudluğunu müəyyən etməyə cəhd edən nəzəriyyələrlə birlikdə rədd edilməlidir.

Təşkilat bəzi ölkələrdə hüquq-mühafizə orqanlarının afrikalılara qarşı davam edən zorakılıq praktikasını və həddindən artıq güc tətbiqini qətiyyətlə pisləyib və bütün dünyadakı ədalət sistemlərində struktur irqçiliyi pisləyib. Müraciətdə qeyd edilir: “BMT, eyni zamanda, Transatlantik qul ticarətini bəşər tarixinin ən qaranlıq səhifələrindən biri kimi tanıyır və köləlik, qul ticarəti və müstəmləkəçilik qurbanları, xüsusən də qaradərili insanların ləyaqətini və bərabərliyini müdafiə edir”.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
16 gün əvvəl
327 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
“Araz-Naxçıvan”ın futbolçusu Azərbaycan çempionatlarında yubiley matçını keçirib
“Araz-Naxçıvan”ın futbolçusu Urfan Abbasov Azərbaycan çempionatlarında 300-cü oyununu...
  • 5 saat əvvəl
  • 46
Güclü daşqınlar Avropanı cənginə alıb
“Boris” qasırğasının səbəb olduğu leysan yağışlar Mərkəzi və Şərqi Avropada son...
  • 5 saat əvvəl
  • 45
®  Rəhbərlərə Çağırış: “Gardashlar Mebel”in smart masası ilə Sağlamlığınızı Qoruyun
“Gardashlar Mebel” şirkətinin təsisçisi Əli Mirzəyev: “Smart masa mənim də...
  • 6 saat əvvəl
  • 48
Paytaxtdakı 53 nömrəli məktəbdə ilk dərs gününə həsr olunmuş tədbir keçirilib
Paytaxtdakı 53 nömrəli tam orta məktəbdə ilk dərs gününə həsr olunmuş tədbir...
  • 6 saat əvvəl
  • 46
Paytaxtın bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC...
  • 8 saat əvvəl
  • 54
FTB: Tramp sui-qəsd cəhdinin hədəfi olub
ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp...
  • 9 saat əvvəl
  • 59