BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

BMT-nin mənzil-qərargahında kommunal xərclərə qənaət üçün kondisionerlər söndürülüb

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahının rəhbərliyi təşkilatın büdcəsinə qənaət etmək üçün binada kondisioner sistemini söndürmək qərarına gəlib.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, qənaət tədbirləri arasında BMT kompleksinə daxil olarkən avtomatik qapılara elektrik enerjisinin verilmə müddətinin azaldılması, tərcüməçilərin iş vaxtından artıq işləməsinin qadağan edilməsi və yeni işçilərin qəbulunun məhdudlaşdırılması da var.

BMT administrasiyası iştirakçı ölkələr tərəfindən təşkilata ödənilən vəsaitlər gecikdiyinə görə xərcləri azaltmaq qərarına gəlib. Bu il quruma daxil olan 193 ölkənin üçdə birindən çoxu üzvlük haqqını köçürməyib və borc məbləği 1,7 milyard dolları ötüb. “Bloomberg”in məlumatına əsasən, ABŞ-nin təşkilata 763 milyon dollar borcu var.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
507 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Füzuliyə uçuşların həyata keçirilməsi Azərbaycanda mülki aviasiyasının inkişafının yeni mərhələsidir
İyulun 17-dən etibarən “Azərbaycan Hava Yolları” Bakıdan Füzuliyə və əks...
  • 1 dəq. əvvəl
  • 1
Venesuelada daxili problemlər qaz hasilatına mane olur
Qlobal enerji üzrə statistik icmala əsasən, Venesuela təbii qaz ehtiyatlarına görə dünyada...
  • 1 saat əvvəl
  • 12
Çində əhali artımı aşağı templə gedir
Paradoksal olsa da, 1,4 milyard əhalisi olan Çində demoqrafik vəziyyət dəyişir.AZƏRTAC...
  • 2 saat əvvəl
  • 23
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 3 saat əvvəl
  • 25
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 4 saat əvvəl
  • 36
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 5 saat əvvəl
  • 41