BMT: Vəhşi təbiətə qarşı qlobal cinayətlər "saysız-hesabsız zərər" verir

BMT: Vəhşi təbiətə qarşı qlobal cinayətlər "saysız-hesabsız zərər" verir

Vəhşi təbiətə qarşı cinayətlər dərmanlara, ev heyvanlarına, vəhşi heyvanların ətinə və dekorativ bitkilərə ehtiyacdan qaynaqlanır. BMT-nin hesabatına görə, müsadirə edilmiş məməlilərin, quşların, sürünənlərin və suda-quruda yaşayanların 40 faizi nəsli kəsilməkdə olan növlərin Qırmızı Siyahısına daxil edilib. Bu barədə AZƏRTAC ekoloji mediaya istinadla xəbər verir.

BMT-nin yeni hesabatına görə, dünyada 4 mindən çox heyvan növü "təbiətə saysız-hesabsız zərər" verilməklə qanunsuz ticarətin qurbanı olur. BMT-nin Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi (BMT NCMİ) tərəfindən aparılan araşdırma qanunsuz vəhşi təbiət ticarətinin ölkələrin 80 faizindən çoxunda aktiv olduğunu göstərir.

Tədqiqatda 2015-ci ildən 2021-ci ilə qədər baş verən 140 mindən çox vəhşi heyvanın müsadirəsi, eləcə də ticarətin nəticələri, tendensiyaları və hərəkətverici qüvvələri nəzərdən keçirilib. Ən çox müsadirə timsah və fil kimi heyvanlara təsadüf edib.

Hesabatda qeyd olunur ki, vəhşi təbiətə qarşı cinayətlər nadir səhləb, sürünənlər və balıqlar kimi növlərin yerli və qlobal şəkildə yox olmasına səbəb olur. Kərtənkələlər, dəniz atları və böyük pişiklər kimi heyvanların bədən hissələri çox vaxt qurudulur və tibbi məqsədlə istifadə olunur, tutuquşular və iquanalar ev heyvanları kimi qəbul edilir, səhləbdən bəzək bitkisi kimi istifadə olunur.

Ümumilikdə hesabat dövründə 16 min tona yaxın məhsul ələ keçirilib.

Müsadirələr 162 ölkədə aparılıb. BMT NCMİ BMT-nin Davamlı İnkişaf Məqsədləri çərçivəsində qorunan növlərin ticarətinə son qoymağa çalışır. Lakin hesabatda deyilir ki, məlumatlar bu məqsədə 2030-cu ilə qədər nail olunacağına dair "əminlik üçün heç bir əsas" vermir.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
501 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
BMT-nin Baş katibi insanları ekstremal istilərdən qorumaq üçün təcili tədbir görməyə çağırır
BMT-nin Baş katibi Antonio Quterreş dünyada milyardlarla insanı ekstremal istilərin...
  • 7 dəq. əvvəl
  • 2
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 1 saat əvvəl
  • 19
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 2 saat əvvəl
  • 24
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 30
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 38
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 5 saat əvvəl
  • 41