BMU-nun qəbul planına 7 yeni ixtisas əlavə edilib

BMU-nun qəbul planına 7 yeni ixtisas əlavə edilib

Bakı Mühəndislik Universitetinin (BMU) 2024/2025-ci tədris ilinin qəbul planına bakalavriat səviyyəsi üzrə 7 yeni ixtisas əlavə olunub.

BMU-dan bildirilib ki, bunlar biotexnologiya, fizika, kimya, riyaziyyat, nəqliyyat mühəndisliyi, qida mühəndisliyi və şərabçılıq ixtisaslarıdır. İngilis bölməsinin əyani təhsil formasında nəzərdə tutulan fizika, kimya, riyaziyyat ixtisaslarının hər biri üzrə 30 yer ayrılıb. Azərbaycan bölməsinin əyani təhsil formasında tədris aparılacaq biotexnologiya ixtisası üzrə 40, nəqliyyat mühəndisliyi və qida mühəndisliyi ixtisaslarının hər biri üzrə 30 yer nəzərdə tutulub.

Azərbaycan bölməsinin əyani və qiyabi təhsil formasında tədris ediləcək şərabçılıq ixtisası üzrə isə müvafiq olaraq 30 və 20 yer ayrılıb.

BMU-nun ötən illərlə müqayisədə builki qəbul planında nəzərəçarpacaq dəyişikliklər edilib. Təhsilin hər iki səviyyəsi (bakalavriat və magistratura) üzrə tələbə qəbulu və ixtisas sayı artırılıb. Bundan başqa, universitetdə bakalavriat səviyyəsi üzrə ilk dəfə qiyabi təhsil forması təşkil olunacaq.

Ali təhsil ocağının bakalavriat səviyyəsində 36 ixtisas üzrə ümumilikdə 2285 plan yeri ayrılıb ki, onlardan 1540 yer Azərbaycan bölməsi (əyani), 220 yer qiyabi təhsil forması, 525 yer isə ingilis bölməsi (əyani) üçün nəzərdə tutulub.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
432 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Malayziyaya məxsus təyyarə Bakı hava limanına təcili eniş edib
“Malaysia Airlines” aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava...
  • 56 dəq. əvvəl
  • 20
Ermənistanın sürətlə hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyi artırır - ŞƏRH
Azərbaycan heç vaxt Ermənistana qarşı ərazi iddiası irəli sürməyib. Rəsmi Bakı...
  • 1 saat əvvəl
  • 21
Ekspert: “Microsoft”un çökməsi kibersavaşın “əsas məşqidir”
ABŞ-ın “Microsoft” korporasiyasının xidmətlərində yaranan qlobal nasazlıq Avstraliya...
  • 2 saat əvvəl
  • 28
Tramp Zelenski ilə Ukrayna münaqişəsini müzakirə edib
ABŞ-ın keçmiş lideri Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla...
  • 3 saat əvvəl
  • 43
Zelenski Kir Starmerə Ukraynaya qoyulan silah məhdudiyyətləri ilə bağlı çağırış edib
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın Baş naziri Kir Starmerdən Qərb tərəfindən...
  • 4 saat əvvəl
  • 47
Türkiyə, Azərbaycan və ŞKTC-nin qadın sahibkarları əməkdaşlıq məsələlərini müzakirə ediblər
Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə Azərbaycan arasında əlaqələr fəal şəkildə...
  • 6 saat əvvəl
  • 53