Boliviyada avtobusun qaya ilə toqquşması nəticəsində 14 nəfər ölüb
Boliviyanın cənubunda avtobusun qaya ilə toqquşması nəticəsində azı 14 nəfər ölüb, 18 nəfər yaralanıb.
Bu barədə AZƏRTAC xarici mediaya istinadla xəbər verir.
İlkin məlumata görə, qəza əyləclərin nasazlığı səbəbindən baş verə bilər. Santa Kruz şəhərinə gedən avtobusda sərnişinlərdən başqa, iki sürücü və onların köməkçisi də olub. Zərərçəkənlər Taricə xəstəxanasına aparılıb.
Boliviya Prezidenti Luis Arse həlak olanların ailələrinə başsağlığı verib. “Biz bu dəhşətli hadisəyə səbəb olan səbəblərin araşdırılmasına göstəriş verdik”, - deyə o, X sosial hesabında yazıb.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
1 ay əvvəl
389 dəfə oxundu
389 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)