Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Azərbaycanda rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev və xanımı Desislava Radeva mayın 8-də Milli Gimnastika Arenası ilə tanış olublar.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov və nazir müavini Mariana Vasileva Arenada yaradılan şərait barədə Bolqarıstan Prezidentinə və xanımına məlumat veriblər.

Bildirilib ki, 9600 tamaşaçı üçün nəzərdə tutulmuş Milli Gimnastika Arenası iki hissədən ibarətdir. Arenada gimnastların beynəlxalq yarışlara müntəzəm hazırlıq prosesi aparılır. Buradakı gimnastika zalı əsas yarış və köməkçi məşq hissələrindən ibarətdir. Arenada məşqlər üçün nəzərdə tutulmuş zallar, auditoriyalar, atletlər üçün xidmət göstərən yeməkxana mövcuddur. Kompleksdə, həmçinin mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi, xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı sahələr yerləşir. Dünyanın ən yaxşı gimnastika komplekslərindən biri olan bu idman qurğusunda otel də yaradılıb.

Məlumat verilib ki, Azərbaycan Gimnastika Federasiyası əhalinin bədən tərbiyəsi və sağlamlıq fəaliyyətinə geniş cəlb edilməsi, yerli idmançıların hazırlanması, yığma komandaların formalaşdırılması və hazırlığı, onların beynəlxalq yarışlara, toplanışlara göndərilməsi ilə də fəal şəkildə məşğul olur. Burada 200-ə yaxın 12-13 yaşından yuxarı oğlan və qızlar idmanla yanaşı, Təhsil Nazirliyi ilə razılaşma əsasında öz təhsillərini də davam etdirirlər. Federasiya xarici ölkələrin idman təşkilatları və beynəlxalq idman qurumları ilə də əlaqələrini inkişaf etdirir.

Qeyd olunub ki, Milli Gimnastika Arenası ölkəmizdə bir sıra mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edib. Gimnastikanın müxtəlif növləri üzrə nüfuzlu beynəlxalq turnirlərlə yanaşı, 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının açılış mərasimi, 2015-ci ildə I Avropa və 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarının gimnastika yarışları, 2018-ci ildə cüdo üzrə dünya çempionatı bu möhtəşəm arenada təşkil olunub.

Komplekslə tanışlıqdan sonra Bolqarıstan Prezidenti və birinci xanımı bədii gimnastların nümunəvi çıxışlarına baxıblar.

Daha sonra Prezident Rumen Radev və birinci xanım Desislava Radeva Azərbaycanda fəaliyyət göstərən bolqarıstanlı idmançı və idman xadimləri ilə görüşüblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
243 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Akademik Şahin Mustafayev: Orhun Mübadilə Proqramı çərçivəsində problemlərdən biri maliyyələşdirilmə məsələsidir
Türkiyə Universitetlər Birliyinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Bu qurumun...
  • 2 dəq. əvvəl
  • 1
DİN: 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb
Mayın 18-də və 19-da ümumi çəkisi 9,7 kiloqrama yaxın narkotik vasitə, həmçinin 169...
  • 1 saat əvvəl
  • 14
Qaradağ rayonu ərazisində avtoxuliqanlıq edən sürücü həbs edilib
Qaradağ Dövlət Yol Polisinin (DYP) əməkdaşları tərəfindən avtomobilində konstruksiya...
  • 2 saat əvvəl
  • 24
Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.AZƏRTAC...
  • 3 saat əvvəl
  • 31
Lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
Bu gündən 2024-2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif...
  • 4 saat əvvəl
  • 30
Gürcüstanda HİV virusuna yoluxanların sayı 10 mini ötüb
Cari ilin may ayının 19-dək Gürcüstanda HİV virusuna yoluxanların sayı 10608 nəfərə...
  • 5 saat əvvəl
  • 44