Bosniya ordusunun keçmiş zabiti serblərə qarşı müharibə cinayətlərində ittiham olunur
Bosniya və Herseqovina müharibəsində keçmiş briqada komandiri olmuş Ramaz Durakoviç serblərə qarşı müharibə cinayətlərində ittiham edilir.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Bosniya ordusunun 43-cü briqadasının komandiri kimi R.Durakoviçə 1993-cü ildə Çayniçe bölgəsinin yaxınlığındakı kəndlərə hücumlar zamanı mülki serblərə qarşı hərbi cinayətlər törətmək ittihamı irəli sürülüb. Bosniya Əyalət Məhkəməsi hərbi cinayətlər törətməkdə günahlandırılan R.Durakoviçlə bağlı ittihamnaməni təsdiqləyib.
Durakoviç tabeliyindəki qoşunlarının törətdiyi cinayətlərdən xəbərdar olmaqda, günahkarların cəzalandırılması üçün lazımi tədbirlər görməməkdə ittiham olunur. Onun rəhbərlik etdiyi briqada üzvlərinin serblərin məskunlaşdığı Sapiçe, Trpinye və Troyan kəndlərində dinc sakinləri öldürdüyü bildirilir.
Nihad Budaqov
Sarayevo
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
11 gün əvvəl
354 dəfə oxundu
354 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)