Botanika İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə araşdırmaları davam etdirilir

Botanika İnstitutu ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun birgə araşdırmaları davam etdirilir

Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu və Kənd Təsərrüfatı Nazirliyi Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında olan saziş üzrə elmi-tədqiqat işləri davam etdirilir.

Botanika İnstitutundan bildiriblər ki, elmi-tədqiqat planına uyğun olaraq Eksperimantal botanika şöbəsinin əməkdaşları ekspedisiyada olublar.

Ekspedisiyanın məqsədi bitkilərdə virus və göbələk patogen infeksiyalara qarşı yüksək bioloji aktivliyə malik makrolakton birləşmələrinin və saponinlərin təsirini öyrənmək, müxtəlif bitki növlərində olan xəstəlik və virusların qarşısının alınmasında antibiotiklərin və antioksidantların tətbiqi istiqamətində birgə tədqiqat işlərinin aparılması olub.

Alimlər meyvə ağaclarında olan xəstəliklərə (viruslara) qarşı İNFANVİR və saponin preparatlarının müsbət təsirini öyrənmək üçün Kənd Təsərrüfatı Nazirliyinin nəzdində olan 12 saylı meyvə təcrübə sahəsində tədqiqatlar aparıblar. İşin məqsədi yeni yaradılan İNFANVİR preparatının istifadəsi üçün kənd təsərrüfatı sahəsində geniş imkanların təklif edilməsidir.

Alimlərin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Bitki biotexnologiyasi laboratoriyasında apardığı təcrübələr göstərir ki, müxtəlif meyvə (gilas, şəftəli və gavalı) növlərində yaranan xəstəliklərə qarşı təklif olunan antibiotik və antioksidantların istifadəsi əlverişli ola bilər. Alınan nəticələr biokimyanın bir sıra müasir testlərinin (DNT ekstraksiyası, PCR reaksiyası və gel elektrofarez üsul) köməyilə aparılıb. Tədqiqatlardan alınan nəticələr gələcəkdə bir sıra məqalələrdə öz əksini tapacaq.

Ezamiyyət müddətində alimlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında olublar. Görüş zamanı universitetin rektoru Yusif Əliyev alimləri təhsil müəssisəsində aparılan elmi və tədris-metodiki işlərlə tanış edib. Botanika İnstitutu ilə əməkdaşlıq imkanları müzakirə olunub, müştərək elmi-tədqiqatların aparılması üzrə müvafiq təkliflər irəli sürülüb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
16 gün əvvəl
381 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Livanın cənubunda silsilə partlayışlar baş verib
İsrailin Livanın Adlyun kəndində və qonşu ərazilərdəki sursat anbarına endirdiyi...
  • 4 saat əvvəl
  • 34
Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir
Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 21-də Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul...
  • 5 saat əvvəl
  • 43
Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib
ABŞ-da prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi halda, andiçmə...
  • 7 saat əvvəl
  • 52
Göbələk depressiyadan qurtulmağa kömək edir
Alimlər göbələyin tərkibindəki “psilosibin” adlı maddənin depressiyanın...
  • 8 saat əvvəl
  • 58
Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb
Boliviya - Çili sərhədi yaxınlığında avtobus və yük maşınının iştirakı ilə...
  • 9 saat əvvəl
  • 69
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib
Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib.AZƏRTAC xəər verir ki, bu barədə...
  • 10 saat əvvəl
  • 62