Boyundan aşağı iflic olan 43 nəfər yeni cihazla qoluna nəzarət edə bilib

Boyundan aşağı iflic olan 43 nəfər yeni cihazla qoluna nəzarət edə bilib

Boyundan aşağı iflic olan 43 nəfər yeni cihazla qoluna nəzarət edə bilib.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, dəriyə tətbiq olunan cihazı sınaqdan keçirən iştirakçıların 87 faizi həyat tərzinin yaxşılaşdığını deyib.

İflicli insanların yerimə kimi bacarıqlarının bərpasını təmin edən araşdırmalar son illərdə geniş vüsət alıb. Bu üsullarda onurğa beyni elektriklə stimullaşdırılır və adətən cərrahi yolla bir cihazın yerləşdirilməsini tələb edir. İsveçrədə yerləşən sağlamlıq texnologiyaları şirkəti “Onward Medical” tərəfindən hazırlanmış yeni cihaz dəriyə yerləşdirilir. İflic olan xəstələrin onurğa iliyi zədələnən nahiyəyə yaxın yerləşdirilən elektrodlar vasitəsilə verilən elektrik cərəyanı onların əl-qol nəzarətini bərpa etməyə imkan verir.

“Nature Medicine” jurnalında dərc edilən araşdırmada onurğa beyni zədələnmiş və 1 ildən 30 ilədək iflic olan 60 nəfər iki ay müddətində müalicə olunub. Daha sonra “ARC-EX” adlı cihazdan istifadə edərək eyni müalicəni alan xəstələrdən 43-ü əllərində və qollarında güc və bu əzalarını istifadə etmək qabiliyyətini bərpa edib.

Araşdırmanın müəlliflərindən biri olan professor Çet Moritz bildirib ki, bu elektrik stimullaşdırılmasının fərqi bir çox əvvəlki müalicələrdə olduğu kimi birbaşa hərəkətə səbəb olmamasıdır: “Əslində, bu, əllərində və qollarında tam hərəkət itkisi olan insanlar da daxil olmaqla, hərəkəti asanlaşdırır”.

14 il əvvəl atdan yıxılaraq iflic olan köşə yazarı Melanie Reid cihazdan bir neçə ay istifadə etdikdən sonra yaşadıqlarını belə izah edir: “Hər kəs elə bilir ki, onurğa beyni zədəsi olanda bütün arzuları yenidən yeriyə bilməkdir. Amma tetraplegik və ya quadriplegik olduğunuz zaman ən əsası işləyən əllərin olmasıdır. Tetraplegiya və ya quadriplegiya qolların və ayaqların iflicinə aiddir. Sol əlim həmişə işlək vəziyyətdə idi, çox az hiss var idi. Sınaqdan sonra sol əlimin çox güclü olduğunu söyləməkdən məmnunam”.

Tədqiqatçılar əllərində və qollarında heç bir hərəkəti olmayan xəstələrin cihaz sayəsində bu bacarığı bərpa etdiklərini söyləyirlər. Onlar ümid edirlər ki, elektrik stimullaşdırma metodu gələcəkdə iflic olan xəstələrə yerimək imkanı da verəcək.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
408 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı sərgisi açılıb
İyulun 17-də Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı...
  • 28 dəq. əvvəl
  • 9
BBC Banqkokda 6 vyetnamlının həlak olmasının detallarını açıqlayıb
Banqkokda lüks otel otağında ölən 6 vyetnamlı sianidli içkilərdən zəhərlənib.AZƏRTAC...
  • 35 dəq. əvvəl
  • 10
Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib
Naxçıvan Biznes Mərkəzində “Kapital Bank” ASC-nin mütəxəssisləri tərəfindən aqrar...
  • 1 saat əvvəl
  • 26
Azərbaycanın futbol klubları Türkiyədə təlim-məşq toplanışları keçirir
Azərbaycanın bir sıra futbol komandaları Türkiyənin şərq vilayəti olan Ərzurumda...
  • 3 saat əvvəl
  • 32
“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub
Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları...
  • 3 saat əvvəl
  • 36
Peşə öyrənən yeniyetmə və gənclər erkən nikahın mənfi nəticələri ilə əlaqədar təlimdə iştirak ediblər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin...
  • 4 saat əvvəl
  • 45