Braziliyada təyyarə qəzası nəticəsində tanınmış iş adamı olmaqla 5 nəfər ölüb
Braziliyanın mərkəzi Mato Qrosso ştatında kiçik mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində tanınmış iş adamı Arni Spirinq də daxil olmaqla 5 nəfər həlak olub.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə yerli G1 portalı məlumat yayıb.
İki mühərrikli “King Air” təyyarəsi Apiakas bələdiyyəsinin ərazisində qəzaya uğrayıb. Qəza zamanı 70 yaşlı Spirinq, onun iki nəvəsi, iş adamının həmkarı və pilot ölüb.
Məlumata görə, təyyarə havada partlayıb, daha sonra fermanın yaxınlığında yerə çırpılıb.
Hadisənin səbəbləri araşdırılır.
Mənbə: AZƏRTAC
Məqaləyə emosiya bildir:
1 ay əvvəl
372 dəfə oxundu
372 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)