Britaniyanın maliyyə naziri partiyasının seçkilərdə qələbə qazanacağına inanmır

Britaniyanın maliyyə naziri partiyasının seçkilərdə qələbə qazanacağına inanmır

Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant üzvü olduğu Mühafizəkarlar Partiyasının iyulun 4-də keçiriləcək növbədənkənar parlament seçkilərində qələbə qazanmasının çox çətin olacağını deyib.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Ceremi Hant “Times” qəzetinin tədbirində Mühafizəkarlar Partiyasının seçkidə qalib gəlmə ehtimalı ilə bağlı suala cavab verib. O deyib ki, Mühafizəkarların qələbə qazanması çox çətin olacaq: "Biz, şübhəsiz ki, sorğu-anketlərdəki nəticələrdən daha yaxşısını edə bilərik və bunu etmək üçün çox çalışırıq”,- deyə nazir cavab verib.

Qeyd edək ki, müxtəlif şirkətlərin apardığı anketlərə əsasən Leyboristlər Partiyasının tarixi bir qələbə ilə parlamentdə 422 yer qazanacağı proqnozlaşdırılır. Bununla da partiya 194 mandatlıq çoxluğa sahib olacaq. Bir partiya parlamentdə çoxluğu təmin etmək üçün yalnız 320-dən çox mandat qazanmalıdır. Digər bir sorğu-anketin nəticəsinə əsasən, Baş nazir Rişi Sunak seçkilərdə deputatlıq etdiyi bölgədə rəqibinə məğlub ola bilər.

Aytən Abbaslı

London

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
1 ay əvvəl
410 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibləri ilk oyunda qarşılaşıb
UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin növbəti oyunları keçirilib. ILK.AZ...
  • 4 dəq. əvvəl
  • 1
QHGT-nin mənzil-qərargahında Saymon Stil ilə görüş keçirilib
İyulun 24-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında...
  • 1 saat əvvəl
  • 16
Leyla Həsənova: İqlim dəyişikliyi ilə bağlı həllər hazırlayarkən gənclərin nəzərə alınması zəruridir
Ən böyük gənclər təşkilatı olan Qoşulmama Hərəkatının Gənclər Təşkilatı...
  • 2 saat əvvəl
  • 25
Avropa çempionatı: Azərbaycanın qızlardan ibarət basketbol millisi yarımfinalda
Azərbaycan basketbol millisi Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar...
  • 2 saat əvvəl
  • 34
AFAD: Şuşada fəaliyyət göstərəcək seysmik stansiyamız ölkələrimiz arasındakı əməkdaşlıqda yeni addımdır
Xaricdəki ilk seysmik stansiyamız dost və qardaş ölkə Azərbaycanın Şuşa şəhərində...
  • 4 saat əvvəl
  • 36
Zəfərimizə layiq olmaq, yaxud media və cəmiyyət məsuliyyəti
Prezident İlham Əliyevin təkcə tarixi gerçəklikləri deyil, günümüzün yeni...
  • 5 saat əvvəl
  • 47