Bu gün müəllimlərin sertifikasiya imtahanı başa çatır

Bu gün müəllimlərin sertifikasiya imtahanı başa çatır

İyunun 24-də xarici dil (alman dili, fransız dili, rus dili və ədəbiyyatı və s.), eləcə də Azərbaycan dili (rus bölməsi), ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri sertifikatlaşdırma prosesinin test mərhələsində iştirak edəcəklər. Daha əvvəl riyaziyyat və ingilis dili müəllimləri ilk dəfə sertifikasiyaya cəlb olunublar.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, test imtahanı mərhələsində müəllimlərə 120 dəqiqə müddətində tədris fənni üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra nəticə namizədin kompüterində əks olunur.

Test imtahanında azı 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.

Bu il 30 mindən çox təhsilverənin sertifikatlaşdırma prosesinə cəlb edilməsi nəzərdə tutulub. Sertifikatlaşdırmadan keçən müəllimlər növbəti 5 il ərzində pedaqoji fəaliyyətini davam etdirmək üçün sertifikat əldə edir. Yaşı 60-dan yuxarı olan müəllimlərin imtahanda iştirakı könüllü formada təşkil edilir.

Ötənilki sertifikatlaşdırma prosesinə 29 min 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 min 914 təhsilverənin vəzifə maaşına isə 10 faiz artım tətbiq edilib.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
23 gün əvvəl
407 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Balakəndə qəza törədən motosikletçi komaya düşüb
Balakənin Kortala kəndində hərəkətdə olan motosiklet yoldan çıxaraq aşıb və sürücü...
  • 18 dəq. əvvəl
  • 6
Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı sərgisi açılıb
İyulun 17-də Ankarada “Anadolu” agentliyinin “Yaşıl xətt: Ətraf mühit” adlı...
  • 1 saat əvvəl
  • 14
BBC Banqkokda 6 vyetnamlının həlak olmasının detallarını açıqlayıb
Banqkokda lüks otel otağında ölən 6 vyetnamlı sianidli içkilərdən zəhərlənib.AZƏRTAC...
  • 1 saat əvvəl
  • 17
Naxçıvanda aqrar sahədə lizinq fəaliyyətinin təşkilinə dair təlim keçirilib
Naxçıvan Biznes Mərkəzində “Kapital Bank” ASC-nin mütəxəssisləri tərəfindən aqrar...
  • 3 saat əvvəl
  • 30
Azərbaycanın futbol klubları Türkiyədə təlim-məşq toplanışları keçirir
Azərbaycanın bir sıra futbol komandaları Türkiyənin şərq vilayəti olan Ərzurumda...
  • 4 saat əvvəl
  • 36
“Paris-2024”: Azərbaycan komandasının bayraqdarları bəlli olub
Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı bayraqdarları...
  • 4 saat əvvəl
  • 41