Bürclər xəyanətə uğradıqda

Hər kəs səhv edə bilər, aldatmaqla bağlı heç kimə güvənməyin. Gəlin görək bürclər xəyanətə necə münasibət göstərir.

Qoç bürcü xəyanətə uğradıqda

Qoç bürcü xəyanətə uğradıqda

Qoç dürüstdür, davranışı və danışığı bir-birinə uyğundur. Yalan danışıb insanları aldatmağa çalışmaz. Xəyanətə uğradıqda “Görəsən mənim nə günahım var?” deyə düşünmür, birbaşa ittihamlara keçir. Qoç xəyanəti məğlubiyyət hesab edir və partnyoruna müharibə elan edir.

Buğa bürcü xəyanətə uğradıqda

Buğa bürcü xəyanətə uğradıqda

Buğa sevgilisinə güvənir, hər kəsin asanlıqla girə bilməyəcəyi eşq yuvasının qapılarını geniş açır və bütün başqa imkanlara qapılarını tamamən bağlayır. Buğa sadiqdir, özünü təkcə sevdiyinə həsr edir. Ondan da eyni sədaqəti gözləyir. Münasibətləri boyu mümkün olan bütün problemləri həll etməyə çalışır, çox səbrli olur. Amma xəyanətə uğrayanda hər şey dəyişir, inandığı hər şey alt-üst olur. Buğa intiqamını çox tez alır, partnyorun ürəyini parçalayır.

Əkizlər bürcü xəyanətə uğradıqda

Əkizlər bürcü xəyanətə uğradıqda

Əslində əkizlər bürcü xəyanət ehtimalını hər zaman ağlında saxlayır. Hər kəs azaddır və insan özünü çox sıxışdırılmış, idarə olunan və ya məhdudlaşdırılmış hiss etdikdə, özünü azad olduğuna inandırmaq üçün aldada, yalan danışa bilər. Əkizlər xəyanətə uğradığı zaman çox aqressiv olurlar. Səsləri binanı başına götürür. Təhqirlər, ev əşyaları havada uçuşur. Qəzəb nümayiş etdirən əkizlər hər şey bitdikdən sonra həyatlarına qaldığı yerdən davam edirlər.

Xərçəng bürcü xəyanətə uğradıqda

Xərçəng bürcü xəyanətə uğradıqda

Xərçəng ailə qurmağa ən yaxın, xəyanətə isə ən uzaq insandır. Münasibətləri sədaqət üzərində qurulur, xəyanəti yaxına buraxmırlar. Tez evlənib ev-eşik qurmağa, uşaq sahibi olmağa, hüzur içində yaşamağa cəhd edirlər. Xərçəngin xəyanətlə qarşılaşması inandığı bütün dəyərlərə zərbə vurulması deməkdir. Aldanmış xərçəng uzun müddət kədər qovğasında qalır, dünyadan qopur.

Şir bürcü xəyanətə uğradıqda

Şir bürcü xəyanətə uğradıqda

Şir öz həyatında ləyaqətli olmağı seçir. Xəyanəti asanlıqla qəbul etmir. Şir kiçik oyunlarla öz əzəmətini itirməyə cəhd göstərmir. Xəlvəti işlərdən uzaqdır. Hər şeyin ən yaxşısına layiq olan insanların aldana biləcəyini belə düşünmür. Şir xəyanətə uğrayanda əzab çəkdiyini, sarsıldığını bəlli etmir. Bir müddət uzaqlara çəkilir, sonra həmişəkindən daha yaxşı vəziyyətdə qayıdır.

Qız bürcü xəyanətə uğradıqda

Qız bürcü xəyanətə uğradıqda

Qız bürcü kiməsə aşiq olmağa tələsmir və emosional münasibətləri erkən qurmur. Çox sınaqdan keçirib, səhvlər etmək əvəzinə nə istədiyini dəqiq müəyyənləşdirir və ürəyinə uyğun olan biri ilə münasibət qurmağa cəhd edir. Qız bürcü xəyanətə məruz qaldıqda onun dünyası tar-mar olur. Özündə səhv axtarmağı sevən qız dərhal harada səhv etdiyini anlamağa çalışır.

Tərəzi bürcü xəyanətə uğradıqda

Tərəzi bürcü xəyanətə uğradıqda

Tərəzi ilk növbədə həyatının hər sahəsində ədalətli olmağa çalışır və xəyanət də ədalətsizliyin bir növü olduğundan, tərəzi heç kimi aldatmır. Çox gözəl biri ilə rastlaşdıqda ona aşiq ola bilər, ancaq aldatmaz. Xəyanət tərəzi bürcü üçün qəbuledilməzdir. Xəyanətlə qarşılaşdıqda kədər girdabına qərq olmur, soyuqqanlılıq və laqeydliklə cavabını verir.

Əqrəb bürcü xəyanətə uğradıqda

Əqrəb bürcü xəyanətə uğradıqda

Xəyanətlə qarşılaşan əqrəb ən cəzalandırıcı, qəddar insana çevrilir. Sevgilisinə sarılan qolları bir andaca bir cüt boğucu qısqaca çevrilir. Xəyanətlə üzləşən əqrəb sarsıdıcı bir plan qurur. Gözlənilməz anda quyruğunu sancır, zəhərini töküb rahatlaşır. Əsla bağışlamır.

Oxatan bürcü xəyanətə uğradıqda

Oxatan bürcü xəyanətə uğradıqda

Oxatan bürcü hər münasibətə yeni bir həyəcan, hələ yaşanmamış bir macəra kimi baxır və münasibət zamanı sevgilisini aldatmır. Yeni bir sevgiyə yelkən açmaqdan da çəkinmir. Oxatan xəyanətlə üzləşdikdə bu ağrısını həyatı boyu qəlbində daşımır. Əlbəttə, qəzəblənir, təəccüblənir, ancaq bunu çox da özünə dərd etmir.

Oğlaq bürcü xəyanətə uğradıqda

Oğlaq bürcü xəyanətə uğradıqda

Oğlaq bürcü xəyanətə qarşı çox amansızdır. Sarsılmış ləyaqətini sağaltmaq, qüdrətini bərpa etmək üçün plan qurur. Oğlaq, üstünlüyünü sübut etmək üçün qollarını çırmalayıb hərəkətə keçir. Oğlaq heç zaman əzilmir, əzir.

Dolça bürcü xəyanətə uğradıqda

Dolça bürcü xəyanətə uğradıqda

Dolçanın dostları arasında sevgilisini seçməsinin səbəblərindən biri də eqosunun aşağı olmasıdır. Dolça çox bağlanmır, sevgidən dəli-divanə olmur, dost və sevgilinin qarışığından ibarət bir münasibət forması icad edir. Bu münasibətdə çox narahat olmaq, yuxusuz gecələr keçirmək, bir-birinin azadlıqlarına müdaxilə etmək yoxdur. Xəyanətə məruz qalan dolça ənənəvi üsullarla qisas almağa çalışmır.

Balıq bürcü xəyanətə uğradıqda

Balıq bürcü xəyanətə uğradıqda

Balıqlar şövqlə yaşadığı sevgi həyatına böyük önəm verirlər. Ümid edək ki, balıq aldadılmasın. Amma insanların başına nələr gəlmir ki... Bu, dünyanın sonu deyil, yenə günlər işıqlı olacaq və ümidləriniz yenidən çiçəklənəcək. Ancaq balıq xəyanətə uğradıqda böyük iztirab yaşayır. Cəmi bir neçə gün sonra bu iztirabı unudur.

Məqaləyə emosiya bildir:
emotion
9
emotion
2
emotion
3
emotion
2
emotion
13
emotion
7
emotion
1
Dostlarınla paylaş:
1 il əvvəl
2869 dəfə oxundu
ilk.az-çılar nə deyir?