Bürclərə görə tənhalara xüsusi sevgi şifrələri

"Sevginin şifrələri" kitabının müəllifi Seçkin İlbuğa Sevgililər Gününə tək girmək istəməyənlər üçün bürclərə görə xüsusi sevgi şifrələrini paylaşıb. Sevgi həyatınızın qarşısındakı maneələrdən xilas ola bilərsiniz

İlk əvvəl sevgini qəbul etməlisiniz. Ardınca isə sevgini yaşamağınıza necə dəvət edəcəyinizi müəyyənləşdirməlisiniz. İnsan sevgini gözündə o qədər böyüdür ki, sevgiylə arasına böyük bir məsafə qoyur. Astroloji simvolizm doğuşdan olan duyğusal, zehni, fiziki motivasiya və potensialı açığa çıxararaq sevgini yaşamağımıza yol göstərir. Hər insanın duyğularını ifadə etmə tərzi, duyğusal gözləntiləri fərqlidir. Bürclərə görə tənhalar üçün xüsusi sevgi şifrələrini təqdim edirik.

Qoç

Qoç bürcü xüsusi sevgi şifrəsi

Sevgiyə aid sahib olduğunuz maskalardan qurtulun. Daha əvvəl fərqinə varmadığınız bir çox duyğunun ortaya çıxmaq vaxtı yetişib. Yenidən eşqi arzulamalısınız. Sevgidən qorxmasanız, onun çox da uzaqda olmadığını görərsiniz.

Buğa

Buğa bürcü xüsusi sevgi şifrəsi

Sevgini və həyatı dəyərli etməyin yolunu bilirsinizmi? Həyatın, sevgi münasibətlərinin hər anından həzz almağınız mümkün deyil. Ancaq yaşanan gözəl anların dəyərini bilməyiniz öz əlinizdədir. Özünüzü bədbin hiss etdiyinizdə arzularınızda, sevgidən uzaqlaşmağa çalışırsız. Keçmişdə qarşı tərəfin tələblərini "balanslı" şəkildə qarşılaya bilməməyiniz sevgi ilə aranızda məsafə yaradıb. Xoşbəxt ola bilməyəcəyinizdən qorxmamalısınız.

Əkizlər

Əkizlər bürcü sevgi şifrəsi

Sevgiyə necə mənalar yüklədiyinizi bilməlisiniz. Özünüzü qarşınızdakına sırımaq məcburiyyətində deyilsiniz. Sevgiyə aid gələcək istəklərinizi əvvəlcə özünüzə etiraf edin. Keçmiş sevgi hekayələrinizin sizdə qoyduğu izlərə görə azadlığınızın əldən gedəcəyini düşünərək geriyə addım atmayın. Laqeydlikdən əl çəkib qarşı tərəflə empatiya qurduqca sevgi ilə yaxşılaşa bilərsiniz.

Xərçəng

Xərçəng bürcü sevgi şifrəsi

Ən fədakar, ən səbrli, ən anlayışlı olmağı tale hesab etmiş, eşqdən əl çəkmiş ola bilərsiniz. Əsl istək və arzularınızı ifadə etmək səmimiyyəti göstərin. Buna nail olduqda fədakarlığın altında kimsə qalmayacaq. Sevgi növbə gözləməyi sevmir. Sevgini təxirə salmaqdan əl çəkin.

Şir

Şir bürcü sevgi şifrəsi

Sevgini həyatınıza çəkmək istəməyiniz yeni bir macəraya yelkən açmaq ola bilərmi? Mənliyinizin və dəyərinizin "mənəvi qaynağı" nəşə və coşğu içində olmaqdırsa, bu suala "bəli" cavabı verə bilərsiniz. Tənha olmaq səbəbinin sevgiyə əyləncə gətirən fəaliyyət kimi baxmağınız ola bilər. Sevginin sizi qürurlandırmasını istəyirsinizsə, indiyə qədər sevgini, münasibəti necə apardığınızı incələyin.

Qız

Qız bürcü sevgi şifrəsi

Özünüzü tanımağınıza vəsilə olan yetkinləşmə müddətinin uzunluğu səbəbiylə həyatdan zövq almağa çətinlik çəkə bilərsiniz. Bədəniniz, zehniniz və ürəyiniz ruhunuzun divarlarıdır. Lakin nə duyğularınız və düşüncələriniz, nə də hisləriniz mənliyinizi tam ifadə etməyə kifayət etməz. Sevgi, insanın ən gizli tərəflərini ortaya çıxararaq yetkinləşdirən ovsunlayıcı gücə malikdir.

Tərəzi

Tərəzi bürcü sevgi şifrəsi

Sevgi həyatınızla bağlı xəyallar və tələblər mövzusunda ifadə edilməmiş, yarımçıq qalmış hekayələrinizi düşünün. Daha əvvəl duyğusal manipulyasiyalar, strategiyalar sınadığının sevgi münasibətlərinizi dəyişdirin. Sevgini xəyalınızda ən sadə halıyla təsvir edin. Sevgini zehninizdə yeniləməklə sevgiyə addım ata bilərsiniz. Sevgidə açıqlıq, dürüstlük, empatiya yeni sloqanlarınız olsun.

Əqrəb

Əqrəb bürcü sevgi şifrəsi

Gözləntilər, arzular və çətinliklər sevginin inkaredilməz gerçəkləridir. Lakin sevgiyə dair köhnə məlumatlardan uzaqlaşdıqca sevgini həyatınıza çəkə bilərsiniz. Sevgini daha əvvəl yaşanan pis sınaqların kölgəsindən qurtarın. Sahib olduğunuz dəyərləri öz arzularınız və duyğularınızla yenidən formalaşdırın.

Oxatan

Oxatan bürcü sevgi şifrəsi

Reallıqdan qaçmadığınız müddətdə həyatın bütün sahələrində olduğu kimi, sevgidə də qazanarsınız. Sevgidə nəyin doğru, nəyin yanlış olduğunu müəyyənləşdirməkdən əl çəkin. Sabit fikirli davranışlarınız önünüzə çıxan fürsətləri görməyinizə mane ola bilər. Digər tərəfdən, özünüzə inamınızı idman, sağlam qidalanma kimi fiziki investisiyalarla gücləndirə bilərsiniz.

Oğlaq

Oğlaq bürcü sevgi şifrəsi

Romantik və dramatik ideal eşq təyininizi bir az inkişaf etdirə bilərsiniz. Özünüz olmağa davam edin, amma qarşınızdakı insana da özü olması fürsəti verin. Bununla da sevgini əvvəlkindən daha gözəl yaşaya bilərsiniz. Əvvəlcə sevgiyə vaxt ayırmaq mövzusunda dəqiqləşin.

Dolça

Dolça bürcü sevgi şifrəsi

Hər şey kimi, sevgini də yüksək bir təcrübə kimi yaşamaq istəyirsiniz. Əvvəlcə fərdi arzularınızın üzə çıxmasına icazə verin. Dünyaya qarşı duyduğunuz gözəl münasibəti özünüzə də duyun. Kollektivdə çalışmağınız özünüzü unutmağınıza və sevgidən qopmağınıza səbəb ola bilər. Sevginin yeni təbiətini yaşayaraq cəmiyyətə öyrətməyi təcrübə edə bilərsiniz.

Balıq

Balıq bürcü sevgi şifrəsi

Aşiq olmaq istəyirsiniz, amma münasibət qurmaq mövzusunda ətrafınızdan təzyiq görürsünüz. Ümumi normalara üstünlük verərkən öz etimadınızı itirməməyiniz önəmlidir. Qorxularınızdan arındığınız müddətdə sevgi yaşaya bilərsiniz. Bağlılıq və sədaqət, mərhəmət və hiddət, məsuliyyət və ədalətsevginin sizi sınayacağı əsas mövzulardır.

Məqaləyə emosiya bildir:
emotion
46
emotion
6
emotion
7
emotion
4
emotion
23
emotion
4
emotion
18
Dostlarınla paylaş:
2 il əvvəl
5157 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (6)
Sevgi (5 ay əvvəl)
Men terk edildikden sonra sevgi deyilen seyden nifret edirem:-(
i.....♒↩ (10 ay əvvəl)
Hər gələn sevməz .., Hər sevən də getməz!♡
z (1 il əvvəl)
Sevgi çoxu bosdu
yaren yaqublu (1 il əvvəl)
Kaş Şamxalda meni seveydi♥♥♥♥♥♥♥♥♥şamxal seni sevirem
Besti (2 il əvvəl)
Sevgi var onu yasiyanlar ve yasatanlar biler esl sevgi yalansiz xeyanetsiz olmalidir insanlar biribirinin guvenlerni qazanmalidir guven olan yerde sevgide var
səma (2 il əvvəl)
Çətində idim asanlaşdı təşəkkür edirəm