Bürünc mükafatçı: Növbəti Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmağı hədəfləyirəm

Bürünc mükafatçı: Növbəti Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmağı hədəfləyirəm

“Növbəti Yay Paralimpiya Oyunlarında qızıl medal qazanmağı hədəfləyirəm”.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Paralimpiya Oyunlarında bürünc medal qazanan parataekvondo üzrə Azərbaycan millisinin üzvü Sabir Zeynalov jurnalistlərə açıqlamasında deyib. O, yarış zaman etdiyi səhvlərin üzərində işləyəcəyini bildirib: “Psixoloji olaraq çox yaxşı vəziyyətdə idik. Məqsədim qızıl medal qazanmaq idi. Təəssüf ki, bəzi səhvlərə görə alınmadı. Görüş zamanı iki dəfə cərimə aldım və son saniyələrdə isə çatdıra bilmədim. İnanıram ki, “Los Anceles-2028” Yay Paralimpiya Oyunlarında Azərbaycanı sevindirəcəyəm”. Turnirdə 3 parataekvondoçu ilə təmsil olunan yığmanın üzvləri ümumilikdə 2 medal (1qızıl və 1 bürünc) əldə ediblər. İmaməddin Xəlilov (K44, 70 kiloqram) qızıl, Sabir Zeynalov (K44, 58 kiloqram) bürünc medal qazanıbsa, Əbülfəz Abuzərli (K44, 80 kiloqram) 1/4 finala kimi irəliləyib. Azərbaycan millisi yekun sıralamada yalnız Türkiyə seçməsindən geri qalıb. Üçüncü sırada isə Böyük Britaniya komandası yer alıb. Qeyd edək ki, parataekvondo yarışlarında ümumilikdə 52 ölkə təmsil olunub.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
11 gün əvvəl
348 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
Tədqiqatçılar 9 gün ərzində Yer kürəsini silkələyən seysmik siqnalın səbəbini müəyyən ediblər
15 ölkədən 68 seysmoloq 2023-cü ilin sentyabrında bütün dünyada qeydə alınan və doqquz...
  • 1 saat əvvəl
  • 17
Bayden administrasiyası Konqresdən Ukrayna üçün 5,8 milyard dolların istifadə müddətini uzatmağı xahiş edir
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Konqresə Prezidentin silahların ötürülməsi...
  • 1 saat əvvəl
  • 25
Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə qardaşlığının təntənəsidir
1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik işğalından azad...
  • 3 saat əvvəl
  • 32
Norveç vəliəhd şahzadəsinin oğlu Marius Borq yenidən polis tərəfindən saxlanılıb
Norveç vəliəhd şahzadəsi Mette Maritin oğlu Marius Borq Höibi yenidən polis tərəfindən...
  • 4 saat əvvəl
  • 39
XİN başçısı: Ukraynalıların geri qaytarılması üçün Avropa İttifaqı ilə proqram işlənir
Avropa İttifaqının ukraynalıların evlərinə qayıdışı üçün proqramlar hazırlamağa...
  • 5 saat əvvəl
  • 44
Müharibə dövründə Ukrayna 3500-dən çox əsiri geri qaytarıb
Rusiya - Ukrayna müharibəsində rəsmi Kiyev 3500-dən çox əsiri geri qaytarıb.ILK.AZ...
  • 8 saat əvvəl
  • 53