Bütün dövrlərin ən yaxşı 21 vampir filmi

Aksiyon, qorxu, triller janrında çəkilmiş ən yaxşı vampir filmlərini araşdırmışıq. Son 20 ildə çəkilmiş həmin filmləri sizə təqdim edirik.

Ən yaxşı vampir filmləri

21. Blade: Trinity (2004) IMDb: 6.0

Blade Trinity

Ən gözəl vampir filmlərindən biri sayılır. Filmdə qəhrəmanın problemləri getdikcə artır. Vampir dünyasının qorxulu yuxusu olan Blade-ə qarşı oyandırılan Drakula bunun səbəbinin Blade olduğunu öyrənir. Drakulaya qarşı komanda yaradılır, ancaq onlar Drakulanın tam gücündən xəbərsizdirlər.

Treyler

20. Dark Shadows (2012) IMDb: 6.2

Dark Shadows

Vampir filmi janrının komediya ilə sintezindən sonra çox vaxt müvəffəqiyyətli əsərlər ortaya çıxmasa da, “Qaranlıq kölgələr” bunun əksini deyir. Baş rolda Conni Depp oynayır. Filmdə həmçinin Mişel Pfiffer, Helena Bonhem Karter və Eva Qrin rol alıblar.

Treyler

19. Vampires (1998) IMDb: 6.2

Vampires

Filmdə uşaqkən ailəsinin vampirlər tərəfindən öldürüldüyünü görən Cek Krounun başına gələnlər əks olunub. İntiqam üçün vampirlərlə vuruşan Krou özünə güclü komanda qurur. Döyüşdə komandası məhv edilən Krou Vatikanda yeni bir dəstənin başına keçir. Vəzifəsi yenə də vampirləri məhv etməkdir.

Treyler

18. Dracula Untold (2014) IMDb: 6.3

Dracula Untold

Filmdə Drakulaya çevrilən şəxsin yaşadıqları öz əksini tapıb. Lyuk Evans, Sarah Qadon, Dominik Kuper, Samanta Barks kimi məşhur aktyorlar filmdə çəkliblər. Filmin rejissoru isə Qeri Şodur.

Treyler

17. Daybreakers (2009) IMDb: 6.4

Daybreakers

IMDb siyahısında vampir filmlərinin çox yüksək nəticə göstərməsi demək olar ki, mümkün deyil. Biz də buna görə ən təsirli vampir filmlərini seçmişik. Onlardan biri də “Daybreakers”dir. Film gələcəyin vampir dünyasını tamaşaçıya çatdırır.

Treyler

16. Stake Land (2010) IMDb: 6.5

Stake Land

Dram, dəhşət və triller janrının ən uğurlu nümunələrindən biri olan, ən gözəl vampir filmlərinin siyahısına daxil edilmiş filmdə gənc Martinin yaşadığı ərazinin vampirlərin ələ keçirməsindən sonra yaşananlar təsvir olunub. Bir gün rastlaşdığı adam ona təhlükələrdən xilas olmaq üçün hər şeyi öyrədir.

Treyler

15. Byzantium (2012) IMDb: 6.5

Byzantium 2012

Məşhur rejissor Neil Jordanın kino klassikləri siyahısında olan və indiyə qədər ən yaxşı vampir filmləri arasında göstərilən “Byzantium” filmində ana və qızının hekayəsi təqdim olunur. Sirlərlə dolu olan Klara və Eleanor qəddar cinayətlərdən sonra yaşadıqları ərazidən uzaqlaşır və sahil qəsəbəsində məskunlaşırlar. Pulsuz qalan ana fahişəliyə başlayır. Qızı isə məktəbdə dostuna olanları anladır. Kiçik balıqçılıq kəndi sonrakı ölümlərlə sarsılmağa başlayır.

Treyler

14. 30 Days of Night (2007) IMDb: 6.6

30 Days of Night

Vampir filmlərinin əsasını təşkil edən dəhşət və gərginlik 30 Gün Gecə istehsalı ilə ortaya çıxır. Filmdə təsvir olunan qəsəbə hər qış mövsümündə ən az 30 gün qaranlığa qərq olur. Hekayənin keçdiyi dövrdə bir qış mövsümü yenidən yaşanır və vampirlət meydana çıxır. Hadisələrdən sonra yüz minlərlə insan əziyyət çəkir. Əhali durmadan azalır və bir qrup insan vampirlərə qarşı yaşamaq üçün mübarizə aparmalıdır.

Treyler

13. Underworld: Rise of the Lycans (2009) IMDb: 6.6

Underworld: Rise of the Lycans

İlk iki filmi ilə vampir filmlərini sevənlərin diqqətini çəkən “Underworld” üçüncü filmiylə də yadda qaldı. Filmdə iki güclü və ölməz irq arasında əsrlər boyu davam edən qan davası əks olunub.

Treyler

12. Blade II (2002) IMDb: 6.7

Blade II

Yarım vampir və yarı insan olan Bleydin müharibəsi ilk filmdə çoxlarının rəğbətini qazandı və serialın ikinci filmi qısa müddətdə yayımlandı. Birinci filmdə intiqam alan Bleydin ikinci filmdə yeni düşməni var. Bu düşmən vampir cəmiyyətindən çıxan mutant vampirdir. Bu vampir təkcə insanları deyil, həm də öz irqlərini təhdid edir. Bleyd bu müharibədə tək deyil.

Treyler

11. Blood: The Last Vampire (2000) IMDB: 6.7

Blood: The Last Vampire

Yapon kinosunun vampir filmləri mövzusunda çəkilən ən uğurlu ekran işlərindəndir. Saya ləqəbli vampir ovçusunun hekayəsi nəql edilir. Gizli bir hökumət qurumunda son tapşırığı alan Saya, ABŞ Hava Bazasına yaxın olan Yokota şəhərindəki orta məktəbdə baş verən sirli ölüm hadisəsinin günahkarı olan vampirləri aradan qaldırmalıdır. O, adi bir insan kimi məktəbə yerləşdirilir və vampirlərlə yaxın gələcəkdə böyük mübarizəyə başlayır.

Treyler

10. Shadow of the Vampire (2000) IMDb: 6.9

Shadow of the Vampire

Vampir filmləri arasında klassik istehsallardan hesab olunur. 1922-ci ildə çəkilən bütün dövrlərin ən bənzərsiz filmi “Nosferatu”nun çəkiliş zamanı yaşanan hadisələr filmdə təsvir olunub. Filmdə rejissor F.V. Murnau, vampir rolu üçün əsl vampir olan Maks Şrek ilə müqavilə bağlayır və filmin son səhnəsində ona narkoman ulduz aktrisa Qretanın boğazını verəcəyini söyləyir.

Treyler

9. Underworld (2003) IMDb: 7.0

Underworld

2003-cü ildə yayımlanan filmin daha sonra iki seriyası da çəklib. Şəhərlərdə yaşayan insanlar yeraltı dünyadan xəbərdar deyillər. Yer altındakı irqlər arasında gərginlik əsla əskik olmur. Ərazilər aristokrat vampirlər və küçələri tutan qurd adam Lycans arasında bölünüb. Bir vampir Lycana aşiq olduqda hər şey dəyişir.

Treyler

8. A Girl Walks Home Alone at Night (2014) IMDb: 7.0

A Girl Walks Home Alone at Night

İndiyə qədər çəkilmiş ən yaxşı vampir filmləri arasındadır. Hadisələr İranda olan Bad City qəsəbəsində yaşanır. Dünyanın digər yerlərindən təcrid olunmuş bu şəhər cinayətlə dolu bir yerdir. Xüsusilə gecə saatlarında bu şəhər daha da qorxulu bir yerə çevrilir. Bu təhlükəli şəhərdə heç kimin tanımadığı bir qadın fiquru vardır. Bu qadın qəsəbəni bütün lənətlərindən azad etmək üçün cinayətkarların ardınca gedəcək.

Treyler

7. Blade (1998) IMDb: 7.1

Blade 1998

Marvelin ən yaxşı cizgi romanlarından olan Blade 1996-cı ildə ekranlara təqdim edilib. Film hamilə qadının vampir hücumuna məruz qalması ilə başlayır. Bu hücum nəticəsində ana ölür, ancaq körpə yaşayır. Doğulmuş körpə yarı vampir, yarı insandır. Anasının qisası üçün böyüdükdə vampirlərə qarşı mübarizə aparır.

Treyler

6. Let Me In (2010) IMDb: 7.1

Let Me In

Rejissoru və senaristi Met Revis olan filmdə özünə qapanmış və başqaları ilə əlaqə qurmayan Ouen və məhəlləyə yeni köçən Abbinin yaşadıqları əks olunub. Yalnız gecələr görüşə biləcək bu iki dost zaman keçdikcə özlərini daha yaxşı tanıyacaqlar.

Treyler

5. Hotel Transylvania (2012) IMDb: 7.1

Hotel Transylvania

Cizgi filmlərinin ən yaxşı nümunələrindən biri olan və eyni zamanda olduqca əyləncəli və maraqlı vampir filmi olan Hotel Transylvania, insanların dünyasından uzaqda Drakulanın canavarlarının yaşadığı yerdir. Drakula haqqında başqa həqiqətlər də mövcuddur. O, həm də Mavis adlı gənc bir qızın həddən artıq mühafizəkar atasıdır. Mavis çılğı olsa da, atası onu nəzarətdə saxlayır. Son illərin ən gözəl cizgi filmləri arasında yer alıb.

Treyler

4. Only lovers left alive (2013) IMDb: 7.3

Only lovers left alive

Yer üzündə yaşayan iki depressiv vampir Eva və Adam bəşər tarixinə şahidlik edirlər. Adam, dağılmış və iflasa uğrayan şəhər olan Detroitdə uğurlu bir musiqiçidir. Yeganə sevgisi olan Eva, Mərakeşin Tanqer şəhərində fərqli bir mədəniyyətdə yaşayır. Bir gün Adamı ziyarətə gəlir, həmin ərəfədə Ava da ortaya çıxır. Ava aləmi bir-birinə qatır.

Treyler

3. From Dusk Till Dawn (1996) IMDb: 7.3

From Dusk Till Dawn

1996-cı ildə işıq üzü görsə də, hələ də vampir filmləri dedikdə ağla gələn ilk filmlərdəndir. Filmdə ABŞ-ın Texas ştatında etdiyi soyğunçuluğa görə keşiş və ailəsini girov götürən Gecko qardaşlarının həyatından bəhs olunur. Görüş üçün məşhur Meksika barının qapısından içəri girəndə başlarına nə gələcəyini bilmirlər. Məkan eyni zamanda vampirlərin də alındığı bir yerdir. Filmin rejissoru Kuentin Tarantinodur.

Treyler

2. What We Do in the Shadows (2014) OMDb: 7.7

What We Do in the Shadows

2014-cü ildə ən çox izlənilən filmlər siyahısında olan “What We Do in the Shadows” vampir komediya janrında çəkilib. Filmdə sənədli film heyətinə vəzifə verilir. Bu vəzifə vampirlərin yaşadıqları bir evdə qonaq olmaqdan ibarətdir. Evdə yaşayan üç vampirin dərdləri ortaqdır, yalnız yemək vərdişləri insanlardan fərqlidir. Komanda bu 3 vampiri araşdırmalıdır.

Treyler

1. Let The Right One In (2008) IMDb: 7.9

Let The Right One In

Bütün dövrlərin ən yaxşı vampir filmlərindən olan “Let The Right One In”ın rejissoru Tomas Alfredsondur. Filmin senarisini isə Con Ejvid Lindqvist yazıb. Filmdə Stokholm ətraflarında yaşayan və ətrafı tərəfindən ciddi qəbul edilməyən 12 yaşlı bir oğlandan bəhs olunur. Oskar Eliyə aşiq olur. Sevdiyi qızın vampir olduğunu öyrənir və indi seçim etməli olacaq.

Treyler

Məqaləyə emosiya bildir:
emotion
2
emotion
0
emotion
0
emotion
6
emotion
3
emotion
2
emotion
1
Dostlarınla paylaş:
3 il əvvəl
8936 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (1)
Gülmira (2 il əvvəl)
Mənim ən xoşuma gələn film Dark Şhadowsdu