"CareerLaw" layihəsi çərçivəsində BDU-nun Hüquq fakültəsinin tələbələri ilə ilk görüş keçirilib

"CareerLaw" layihəsi çərçivəsində BDU-nun Hüquq fakültəsinin tələbələri ilə ilk görüş keçirilib

Bakı Dövlət Universitetində (BDU) Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “CareerLaw” layihəsi çərçivəsində Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun "Müasir Azərbaycanda vəkillik institutu: yeni çağırışlar" mövzusunda universitetin hüquqşünaslıq ixtisası üzrə təhsil alan bakalavr və magistrlarla ilk görüşü keçirilib.

Kollegiyadan verilən məlumata görə, görüşdə çıxış edən BDU-nun Hüquq fakültəsinin dekanı Zaur Əliyev tədbirin əhəmiyyətini vurğulayıb, fakültənin ARVK ilə əməkdaşlığının, Kollegiyanın peşəkar hüquqşünas kadrların formalaşmasına yardımçı olduğunu bildirib.

Mərasimdə çıxış edən ARVK-nın sədri Anar Bağırov tələbələrlə təcrübələrini bölüşüb, rəhbərlik etdiyi qurumun tarixi, fəaliyyəti, son illər görülən işlər barədə ətraflı məlumat verib. Son dövrlər BDU da daxil olmaqla Kollegiya ilə hüquq fakültələri olan bütün universitetlər arasında memorandumların imzalandığını bildirən sədr xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu qeyd edib. Vəkillər Kollegiyasının sədri ARVK tərəfindən bir çox faydalı layihələrin həyata keçirildiyini, son illərdə vəkilliyə üz tutan hüquqşünasların əsasən gənclərdən ibarət olduğunu, onların vəkilliyə yeni nəfəs gətirdiklərini və bu sahədə gənclərlə əməkdaşlığa çox böyük önəm verildiyini diqqətə çatdırıb.

Vəkillər Kollegiyasının Akademiyasının təsis edildiyinə toxunan sədr burada kifayət qədər hüquq alimlərinin fəaliyyət göstərdiyini, Akademiyanın hüquqşünas tələbələrin hazırlanmasında ali təhsil müəssisələrinə yardımçı ola biləcəyinə ümid etdiyini vurğulayıb.

Eyni zamanda Anar Bağırov ARVK-nın hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatı olduğunu, Kollegiyanın dəstəyi ilə hər il təşkil edilən yay və qış hüquq məktəblərində 300-dən çox tələbənin iştirak etdiyini, yüzlərlə tələbənin vəkil qurumlarında təcrübə keçdiyini, o cümlədən tələbələrə fərdi təqaüdlərin verildiyini və hüquq fakültələrinin layihələrinə sponsorluq edildiyini bildirib, habelə hüquqşünas tələbə təşkilatları ilə uğurlu əməkdaşlıq əlaqələrinin qurulmasından danışıb.

BDU-nun Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Firuzə Abbasova, BDU-nun Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Alış Qasımov, BDU-nun “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasının müdiri, Vəkillərin İxtisas Komissiyasının sədri, hüquq elmləri doktoru Turqay Hüseynov çıxış edərək son illər Kollegiyanın fəaliyyəti, əməkdaşlığın perspektivləri, cəmiyyətdə vəkilliyin rolu, onların yenilənməsi və təkmilləşməsindən danışıb, vəkillik sahəsində aparılan islahatları yüksək qiymətləndirdiklərini ifadə ediblər.

Həmçinin görüşdə BDU-nun Hüquq fakültəsi TGT-nin sədri Veysəl Mirzəzadə çıxışında “Career law” layihəsinin ilkin buraxılışına göstərdiyi dəstək üçün innətdarlığını bildirib, tədbir iştirakçılarını layihə barədə məlumatlandırıb, habelə layihənin məqsədləri və gələcək fəaliyyət istiqamətləri barədə fikirlərini bölüşüb. O, “Career Law” layihəsinin hüquq sahəsində peşəkar hüquqşünaslarla tələbələr arasında əlaqələri gücləndirməyə xidmət etdiyini, gələcək karyeralarında gənclərə dəstək göstərmək məqsədi daşıdığını qeyd edib.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər irəli sürülüb.

Mənbə: AZƏRTAC

Məqaləyə emosiya bildir:
2 ay əvvəl
522 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (0)
Oxşar yazılar
İtaliya Suriyadakı səfirliyinin fəaliyyətini bərpa edir
İtaliya 2012-ci ildə bağladığı Suriyadakı səfirliyinin fəaliyyətini yenidən bərpa...
  • 47 dəq. əvvəl
  • 15
Türkiyə Ordusu İraqın şimalında hava əməliyyatı keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı...
  • 1 saat əvvəl
  • 20
Aİ Şurası 7 ölkə ilə bağlı təhqiqata başlayıb
Avropa İttifaqı Şurası ifrat büdcə kəsirinə görə 7 ölkə ilə bağlı təhqiqata...
  • 3 saat əvvəl
  • 28
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb
Aİ Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk...
  • 4 saat əvvəl
  • 36
“Euronews” kanalında Azərbaycanda rəqəmsal təhsil barədə süjet yayımlanıb
“Euronews” xəbər kanalı Azərbaycanda rəqəmsal təhsilə həsr olunmuş videoçarx...
  • 4 saat əvvəl
  • 39
Peskov Rusiyada doğum səviyyəsini fəlakətli hesab edir
Rusiyada doğum səviyyəsi fəlakətli dərəcədə aşağı səviyyəyə enib və xalqın...
  • 6 saat əvvəl
  • 46