Çarəsiz olanda necə güclü olacağınızı bilirsinizmi?

Problemlərin üzərinə gedin ki, onlar sizin üzərinizə gəlməsin. Prof. dr. Yıldız Batırbaygil yazır... Çarəsizlik nədir?

Çarəsizlik nəyisə düzəltmək üçün bütün imkanlarınız olsa da, bu imkanların işə yaramadığı bir durumdur. Əvvəlcə özünüzə bu sualı verin: həqiqətən mən heç çarəsiz qaldımmı? Yoxsa çarəsi olan hadisələrdə özümü çox aciz hiss etməyi və depressiyaya düşməyi seçdim? Yəni, ən asan qaçış yolunu seçdiniz. Bəs bu yolun sonunda bir çarə tapdınızmı? Təbii ki, yox.

Çarəsizlik nədir?

Ölümdən başqa hər şeyə çarə var. Məsələni ağıl və məntiq süzgəcindən keçirib, özünüz üçün bir strategiya müəyyənləşdirin və onu ciddi şəkildə həyata keçirin. Sonra ətrafınızdakı insanların problemlərinə baxın, bəlkə də öz probleminizin çox sadə olduğunu görüb sevinəcəksiniz. Sizə çox sevdiyim və mənim üçün çox xüsusi bir insan olan bir dostumdan danışmaq istəyirəm. Adı Ülküdür, məncə o, dünyanın ən yaxşı və yardımsevər insanıdır. Xoş görünüşlü, səbirli və sevgi doludur. İki il əvvəl xəstələndi, əməliyyatlar keçirdi, çoxlu müalicələr aldı. Təşvişə düşdük, həyəcanlandıq. Amma o, həyatdan möhkəm yapışaraq bizə gözəl bir dərs verdi. Saçları töküləndə depressiyaya düşməyib “yeni saçlarım daha gözəl və dalğalı olacaq” dedi. Ondan hər gün nəsə öyrənirdim. Bir ay əvvəl metastaz halı baş verdi. Yenə təvəkküllə qəbul etdi və dərhal əməliyyat olundu. Çox pozitiv insan olduğu üçün əməliyyatı uğurla keçdi. Qısa müddətdən sonra o güclü qadın ağlını, məntiqini öz əlinə alıb, sanki hamıya meydan oxuyurmuş kimi gücünü ortaya qoydu. Amma təbii ki, Ülkünün bəxti ondadır ki, gecə-gündüz ona dəstək olan əri hər zaman yanındadır və övladları çox fədakardır. Əziz dostum, mən bu xəstəliklə əlləşən yüzlərlə insan görmüşəm, sənin kimilər bu xəstəliyi ağır bir qrip kimi keçirir. Həmişə belə, hər kəsə örnək ol. Yadındadırmı, bir gün səninlə hər kəsin bu dünyada bir vəzifəsi olduğundan danışırdıq. Sən də “Bəs mənim vəzifəm nədir?” – demişdin. İndi vəzifəni başa düşürsənmi? Sənin vəzifən həyata
bağlılığın, ümidsizliyə baş əyməməyin və hər şeyə qalib gəlmək əzmindir. Əziz dostum, indi vəzifənin böyüklüyünü, ülviliyini başa düşürsənmi?
Vacib olan həyata necə baxdığınız deyil, onu necə yaşadığınızdır. Bunu unutmayın ki, həyatın təkrarı yoxdur.

Ölüm və təbii fəlakətlərdən başqa hər şeyin hər zaman çarəsi var. Gecə yarısı çox güclü bir zəlzələ və o an yaşayacağınız ümidsizliyi təsəvvür edin. Ancaq binanız zəlzələyə davamlıdırsa, çox da ümidsiz olmarsınız. Ümidlər heç vaxt tükənməməli, arzular bizə hər zaman enerji verməli və ən əsası xoşbəxtliyin düzgün resepti öyrənilməlidir.

Çarəsiz olanda necə güclü olmaliyiq

Düşüncələrimizdə, inancımızda minlərlə ziddiyyət yaranır və artıq özümüzü tanıya bilmirik. Bizimlə maraqlanmayanlara nifrət edirik, maraqlananlara isə bəzən qıcıqlanırıq. Halımızı xəbər alanları belə müxtəlif səbəblərdən dolayı günahlandırırıq. İnanın bu dönəmdə təkcə siz çarəsiz deyilsiniz, ətrafınızdakılar da elədir. Mənim münasibətlərin çətin anlarında eşitməyi sevmədiyim bir cümlə var:
“Allah xatirinə, sənin üçün nə edə biləcəyimi söylə”. Əgər həqiqətən mənim üçün bir şey etmək istəyirsənsə, niyə soruşursan? Şübhəsiz ki, hər kəsin edə biləcəyi bir şey var. Bunu soruşmaq səmimiyyət kimi görünsə də, əslində, səmimiyyətsizlikdir. Bəzi insanlar həqiqətən nə edəcəyini bilmirlər, ona görə də özünüzü o adamın yerinə qoyun və sizə nəyin lazım olduğunu düşünün.

Məqaləyə emosiya bildir:
4 ay əvvəl
799 dəfə oxundu
ilk.az-çılar nə deyir?
Fikirlər (3)
Xumar (3 gün əvvəl)
Nə qədər yığıldımsa o qədərdə güclü Oluram və təkrar ayağa qalxıb nə qədər güclü olduğumu göstərirəm
Nərmin (2 ay əvvəl)
Çarə tapıın\
Nərmin (2 ay əvvəl)
Salam mənim saçım pis tökülür bunlar başıma uyğun gəlmədiğ
Oxşar yazılar
Ən yaxşı protein tozu tövsiyələri və markaları
Proteinlər insan orqanizmi üçün olduqca faydalıdır. Xüsusilə əzələlərin quruluşunda...
  • 1 ay əvvəl
  • 600
Süd və qulluq
Təbiətdə yüksək nisbətdə yalnız süddə olan laktoza: 1-Enerji...
  • 5 ay əvvəl
  • 830
WhatsApp Plus: Yüklə, nədir və necə yükləmək olar?
WhatsApp Plus, Android istifadəçiləri arasında xüsusilə məşhur olan üçüncü tərəf...
  • 5 ay əvvəl
  • 1466
Qəhvə və çay ləkələrini necə təmizləmək olar?
Təmizlənməsi çox çətin olan qəhvə ləkəsi quruyanda işləri daha da çətinləşdirir....
  • 5 ay əvvəl
  • 891
Psixoloji cəhətdən güclü qalmağın 8 üsulu
Bəzən özümüzün, bəzən də ətrafımızdakı insanların çətin, üzücü hallar...
  • 6 ay əvvəl
  • 1014
Qorxudan xilas olmaq: Qorxunun sağlam və qeyri-sağlam növləri
Beynimiz yüz milyarddan çox sinir hüceyrəsi şəbəkəsi ilə hər duyğumuzu idarə edən...
  • 6 ay əvvəl
  • 907